“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Avropa–Aralıq dənizi İnsan Haqları Müşahidəçisi əlavə edib: “ABŞ-ın dəstəyi nəticəsində İsrail sonuncu cəsədin Qəzzadan geri qaytarılmasını atəşkəsin davamı üçün şərt kimi irəli sürüb və bu, açıq şəkildə razılaşmanın pozulmasına, mülki əhalinin mühasirəyə alınmasına və bölgədə qalan evlərin dağıdılmasına şəriklik deməkdir”.
Bu hüquq müdafiə təşkilatı vurğulayıb: “Qəzza zolağında 2 milyondan çox insanın taleyi reallıqda həyata keçirilməsi çətin olan şərtlərə bağlı olmamalıdır”.
Qəzza zolağındakı dağıntıların miqyası və axtarış-xilasetmə avadanlıqlarının planlı şəkildə məhv edilməsi İsrailin atəşkəsin davamı üçün irəli sürdüyü bu şərtin həyata keçirilməsini mürəkkəbləşdirib.
ABŞ-ın İsrailə dəstəyi nəticəsində Qəzza xalqı üçün dərhal və heç bir şərt olmadan tətbiq edilməli olan insan haqları müxtəlif maneələrlə üzləşib.
ABŞ-ın İsrailə verdiyi dəstək faktiki olaraq mülki insanların həyatını ağır yaşayış şəraitində təhlükə altına salmaqdan başqa bir nəticə verməyib. İsrail bu vəziyyətdən istifadə edərək Qəzzada öz siyasətlərini davam etdirir və tamamilə dağıdılmış ərazinin 53 faizindən çoxuna hərbi nəzarətini gücləndirir.
Mövcud vəziyyətin davam etməsi soyqırım və Qəzza xalqının fəlakətli humanitar şəraitdə, xüsusilə qış fəslinin gəlişi ilə, yavaş-yavaş ölməsi deməkdir.
Cari ayda sərt hava şəraiti və soyuq səbəbindən 18 mülki şəxs həyatını itirib ki, onların 5-i uşaq olub.
Beynəlxalq ictimaiyyət müstəqil mexanizmlər yaradaraq keçid məntəqələrinin açılmasını təmin etməli və Qəzzaya geniş və şərtsiz humanitar yardımların daxil olmasına zəmanət verməlidir.
4324318