IQNA

Fələstinli qadın məhbusların hicabı çıxarmağa məcbur edilməsi

11:31 - December 23, 2025
Xəbər sayı: 3499460
İQNA – Fələstinli məhbusların media ofisi açıqlayıb ki, İsrail rejiminin həbsxanalarında fələstinli qadınlar döyülüb və hicablarını çıxarmağa məcbur ediliblər.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi məlumata görə, Fələstinli məhbusların media ofisi bildirib ki, işğal olunmuş ərazilərdə yerləşən Damon həbsxanasında qadın məhbuslar “hicabın çıxarılması və döyülmə” kimi vəhşi pozuntulara məruz qalıblar. Bu hücumlar dekabr ayında dörd dəfə baş verib və bir neçə qadının yaralanmasına səbəb olub. 

Həmas hərəkatına bağlı bu ofisin bazar ertəsi yaydığı bəyanatda qeyd olunub ki, bu hadisələr Damon həbsxanasında fələstinli qadın məhbuslara qarşı təhlükəli və davamlı pis rəftarın güclənməsini göstərir və “bütün humanitar qanunların və normaların açıq-aşkar pozulması” hesab olunur. 

Bəyanatın başqa bir hissəsində deyilir: qadın məhbuslar həyətə aparılıb, zorla yerə oturdulublar. Onların hicabı çıxarılıb və itlərdən, həmçinin huşsuzlaşdırıcı qumbaralardan istifadə edilməklə döyülüb. 

Bəyanatda izah olunub ki, dekabr ayında ardıcıl dörd dəfə həyata keçirilən bu vəhşi hücumlar nəticəsində bir sıra qadın məhbus yaralanıb. 

Fələstinli məhbusların media ofisi İsrail rejimini qadın məhbusların təhlükəsizliyinə tam məsuliyyət daşıyan tərəf kimi tanıyıb və “bu repressiv yanaşmanın davam etməsi” təhlükəsi barədə xəbərdarlıq edib. 

Mərkəz insan haqları və humanitar təşkilatları Damon həbsxanasında qadın məhbuslara qarşı artan pozuntuların dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb. 

Fələstinli və israilli insan haqları hesabatlarına görə, İsrail rejimi 9300-dən çox fələstinli məhbusu, o cümlədən qadın və uşaqları həbsdə saxlayır. Onlar işgəncə, aclıq və tibbi laqeydlikdən əziyyət çəkirlər ki, bu da bir çoxunun ölümünə səbəb olub. 

İsrail rejiminin məhbuslara qarşı cinayətləri, 2013-cü ilin oktyabrından Qəzza zolağında başladığı iki illik soyqırımla paralel olaraq artıb. Bu müharibə nəticəsində təxminən 71 min fələstinli öldürülüb və 171 mindən çox insan yaralanıb ki, onların əksəriyyəti qadınlar və uşaqlardır. 

4324486

captcha