IQNA

Papanın İsrail rejiminə misilsiz tənqidi

10:25 - December 27, 2025
Xəbər sayı: 3499479
İQNA – Papa XIV Leo Milad mərasimində İsrail rejimini misilsiz şəkildə tənqid edərək Qəzzadakı fələstinlilərin mövcud vəziyyətini pislədi.

“İQNA”-nın “Arabi 21” saytına istinadla verdiyi xəbərə görə, Papa XIV Leo, cümə axşamı Vatikanın Müqəddəs Pyotr kilsəsində keçirilən Milad mərasimində qeyri-adi və açıq ifadələrlə Qəzza zolağındakı fələstinlilərin humanitar vəziyyətini pisləyib. 

Papa, adətən mənəvi ab-havası ilə seçilən mərasimdə diqqətçəkən bir müraciətlə bildirib ki, Qəzzada baş verənləri görməməzlikdən gəlmək olmaz və soruşub: “Necə ola bilər ki, həftələrlə yağışa, küləyə və soyuğa məruz qalan Qəzza çadırlarını düşünməyək?” 

Amerika qitəsindən seçilən ilk papa olan XIV Leo, müharibələrdən qalan “xarabalıqlar və açıq yaralar”a işarə edərək Qəzzadakı humanitar vəziyyətə diqqət çəkib və müdafiəsiz insanların, xüsusilə uşaqların, qadınların və qocaların davam edən təcavüz və mühasirə şəraitindəki əzablarını pisləyib. 

Papa İsrail rejiminin təcavüzünü tənqid etsə də, ötən sentyabrda dərc olunan müsahibəsində Vatikanın bu mərhələdə İsrailin Qəzzaya hücumunu soyqırım adlandıra bilməyəcəyini qeyd etmişdi. 

Papanın yeni mövqeyi, fələstinli xristianların Qəzzanın şərqindəki Müqəddəs Ailə kilsəsində Milad mərasimini keçirdiyi bir vaxtda, ağır humanitar şərait fonunda açıqlanıb. Bu arada İsrail işğalçıları atəşkəs razılaşmasını pozmağa davam edir və əhalinin böyük əksəriyyəti hələ də köhnəlmiş çadırlarda və dağıdılmış evlərin qalıqları arasında yaşayır, mobil evlərin Qəzza zolağına daxil olması isə hələ də qadağandır. 

4325051

captcha