“İQNA”-nın “Fələstin” İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, İordaniya Xarici İşlər Nazirliyi bəyanatında vurğulayıb: “Sionist rejim bütün maneələri dərhal və davamlı şəkildə aradan qaldırmalı, kifayət qədər humanitar yardımın Qəzzanın bütün bölgələrinə çatmasına imkan verməlidir”.
İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Fuad əl-Məcali vəziyyətin ağırlaşmasına işarə edərək, onu misilsiz humanitar fəlakət adlandırıb və bildirib ki, hazırkı şərait beynəlxalq səviyyədə hərəkət tələb edir ki, Təl-Əviv keçid məntəqələrini açmağa məcbur edilsin.
O həmçinin işğalçı rejimin beynəlxalq hüquqa əsaslanan öhdəliklərinə riayət etməsinin vacibliyini vurğulayıb və yardım təşkilatlarının, xüsusilə Fələstin qaçqınları üçün BMT-nin Yardım və İş Agentliyinin (UNRWA) sərbəst fəaliyyət imkanının təmin olunmasını, fələstinlilərə yardım göstərməsini tələb edib.
4326151