IQNA

Yaponiyada ümummilli Quran hifzi müsabiqəsi keçirildi

8:40 - January 05, 2026
Xəbər sayı: 3499537
İQNA – Yaponiyanın İslam Vəqfi Assosiasiyasının təşəbbüsü ilə bu ölkədə 26-cı ümummilli Quran hifzi müsabiqəsi təşkil olunub.

“İQNA”-nın “Muslimun Həvləl-Aləm” saytına istinadən verdiyi məlumata görə, bu müsabiqə “Otsuka” məscidinin əməkdaşlığı ilə keçirilib və 300-dən çox iştirakçı bu yarışda yer alıb. 

Müsabiqənin bir hissəsi Tokio Mərkəzi Məscidində baş tutub və Yaponiyadakı müsəlman icmasının müxtəlif millətlərdən və mədəniyyətlərdən gələn qız və oğlan üzvləri fəal şəkildə iştirak ediblər. 

Bu yarış bir daha göstərdi ki, Quran-i Kərim coğrafi məsafələr və dil fərqlərindən asılı olmayaraq, müsəlmanların birliyinin sütunu olaraq qalır və təşkilatlanmış Quran fəaliyyəti qeyri-İslam mühitlərində belə möhkəm bir cəmiyyət formalaşdırmağa qadirdir.  

Müsabiqənin məqsədi Allahın kitabı ilə əlaqəni gücləndirmək, hifz və tilavəti Yaponiyadakı müsəlmanlar arasında təşviq etmək idi. 

Yüzlərlə iştirakçı müxtəlif yaş qruplarından – uşaqlar, gənclər və böyüklər – bu yarışda iştirak edib və qadın və kişi hakimlərdən ibarət münsiflər heyəti tədbirə nəzarət edib. 

Müsabiqə iki mərhələdən ibarət olub: birinci mərhələ internet vasitəsilə, Yaponiyanın müxtəlif bölgələrindəki iştirakçıların şəraitinə uyğun şəkildə keçirilib, ikinci mərhələyə isə Tokio Mərkəzi Məscidi ev sahibliyi edib. 

Münsiflər heyətində Misirdən Məhəmməd Davud və Hişam Atvə kimi tanınmış hakimlər iştirak ediblər. Onların iştirakı iştirakçılar və ailələri üçün Quran, tədris, təbliğat və ictimai fəaliyyət sahəsində təcrübəli alim və mübəlliğlərlə birbaşa ünsiyyət imkanı yaradıb. 

4326869

Teqlər: yaponiya ، ümummilli ، quran ، müsabiqə
captcha