IQNA

Qəzzədə şəhidlərin sayı artaraq 71441 nəfərə çatıb

11:21 - January 17, 2026
Xəbər sayı: 3499580
İQNA – Fələstinin səhiyyə nazirliyi Qəzzədə şəhidlərin sayının artaraq 71441 nəfərə çatdığını bildirib.

“İQNA”, “Əl-Qüds Əl-Yəvm” kanalına istinadən xəbər verir ki, Fələstinin səhiyyə nazirliyi bu xəbərdə qeyd edib ki, sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzəyə etdiyi hücumdan bu günə qədər 171329 nəfər də yaralanıb.

Bu nazirlik bildirib ki, 2025-ci il oktyabr ayında atəşkəs başlayandan bu günə qədər 451 nəfər şəhid olub və 1251 fələstinli də yaralanıb.

Həmçinin xəbər verilib ki, bu müddət ərzində 710 şəhidin cəsədi də dağıntılar altından çıxarılıb.

4328761

captcha