“İQNA”, “Əl-Mayadin”ə istinadən xəbər verir ki, "Dövlət Hüququ" koalisiyasının rəhbəri və İraqın sabiq baş naziri Nuri əl-Maliki, İraqın şiələrinin Əlaqələndirmə Çərçivəsi tərəfindən ölkənin baş naziri vəzifəsinə rəsmi olaraq namizəd göstərildi.
Hesabata görə, İraqın yeni parlamentinin ən böyük fraksiyası hesab edilən şiələrin Əlaqələndirmə Çərçivəsi, rəsmi və oybirliyi ilə Nuri əl-Malikini İraqın baş nazirliyi kürsüsünə iddiaçı olaraq fraksiyasının namizədi kimi təqdim etdi.
İraqın şiə qrupları və partiyalarının Əlaqələndirmə Çərçivəsinin bu mövzudakı bəyanatında deyilir: "Əksər səslərlə qərara alındı ki, siyasi və inzibati təcrübəsi və ölkənin idarə edilməsindəki roluna əsasən, ən böyük parlament fraksiyasının namizədi kimi Nuri Kamil əl-Maliki baş nazir postuna təqdim edilsin."
Nuri əl-Maliki, "Əd-Dəvə" partiyasının və "Dövlət Hüququ" koalisiyasının rəhbəri olmaqla yanaşı, daha əvvəl, 2006-cı ildə, 8 il müddətində İraqın baş naziri olub.
4330132