IQNA

Liviyada Tələbə Quran Müsabiqəsinin Keçirilməsi

1:16 - January 27, 2026
Xəbər sayı: 3499635
İQNA – Liviya Milli Birlik Hökumətinin Təhsil Nazirliyinin Xüsusi Təhsil İdarəsi ölkədə tələbələr üçün Quran əzbəri və oxuma müsabiqəsi təşkil etdi.

“İQNA”, “Əyn Libya”ya istinadən xəbər verir ki, bu müsabiqə Məktəb Fəaliyyətləri İdarəsinin nəzarəti altında və "Əyn Zarə" şəhərindəki Təhsil Nazirliyinin tabeliyində olan "Royal" Xüsusi Təhsil Məktəbinin ev sahibliyi ilə keçirilmişdir.

Müsabiqə Liviyanın on yeddi şəhərindən olan xüsusi (qeyri-kommersiya) təhsil müəssisələrinin tələbələri tərəfindən geniş rəğbətlə qarşılanmışdır.

İştirakçılar müəyyən yaş qruplarında Qurani-Kərimin əzbəri və oxunması kateqoriyalarında bir-biri ilə rəqabət apardılar və tələbələr arasında ədalətli rəqabət həyata keçirildi.

Bu müsabiqənin keçirilməsinin məqsədləri yeni nəsli Allahın Kitabını əzbərləməyə və onun üzərində düşünməyə həvəsləndirmək, tələbələr arasında Quran rəqabət ruhunu gücləndirmək və məktəblərin tarazlı şəxsiyyət formalaşdırmada və cəmiyyətdə müsbət qarşılıqlı əlaqə qurmaqda rolunu möhkəmlətmək idi.

Müsabiqəni təşkil edənlər vurğuladılar ki, bu yarışma tələbələrin Quran sahəsindəki istedadlarını kəşf etmək üçün mühüm bir platformadır və Liviya Xüsusi Təhsil İdarəsinin mədəni və dini proqramları dəstəkləmək və təhsil müəssisələrində etik və tərbiyəvi dəyərləri möhkəmləndirmək öhdəliyini göstərir.

4330448

Teqlər: liviya ، Tələbə ، quran ، müsabiqə
captcha