“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, Əhməd əl-Xəlili, işğalçıların fələstinlilərə qarşı törətdiyi cinayətlərin, iki tərəf arasında razılaşma imzalanmasına baxmayaraq hələ də davam etdiyini bildirib.
O əlavə edib ki, bu hücumlar, bəzi ərəb və İslam ölkələrinin nəzarəti altında tərəflər arasında əldə olunan razılaşmaya baxmayaraq həyata keçirilir. Buna görə də, bu sual yaranır: İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi və ümumilikdə İslam dünyasının maraqları haradadır və niyə heç bir tədbir görülmür?
Şeyx Əhməd bin Həməd əl-Xəlili, İsrail rejiminin Qəzza və digər fələstin ərazilərinə qarşı vəhşi hücumlarının davam etməsinə, bir neçə ərəb və İslam ölkəsi ilə yanaşı digər dövlətlərin də nəzarət etdiyi razılaşmalara baxmayaraq bu ölkələrin bu hücumları pisləməməsinə görə təəssüfləndiyini bildirib.
Əl-Xəlili, bəyanatında sükutun yalnız bu razılaşmaları dəstəkləyən ölkələrlə məhdudlaşmadığını, həmçinin bütün ərəb və İslam dünyasına yayıldığını vurğulayıb və sual verib: “İslam Əməkdaşlıq Təşkilatı haradadır? Ərəb Birliyi haradadır? İslam həqarəti haradadır?”
Oman müftisi, Peyğəmbər Əkrəmin (s) sözlərinə istinad edərək, bütün müsəlmanların bu işğala qarşı bütün gücləri ilə durmaları lazım olduğunu vurğulayıb.
4331960