“İQNA”, Pakistan xəbər mənbələrinə istinadən bildirir ki, İslamabaddakı şiə məscidində baş verən partlayışda ölən və yaralananların sayı artıb.
Polisin rəsmi açıqlamasına görə, indiyədək 31 nəfərin şəhid olduğu, 169 nəfərin isə yaralandığı təsdiqlənib.
Pakistan mediasının verdiyi xəbərə görə, terror partlayışı İslamabad şəhərinin Tarlai bölgəsində yerləşən “Xədicə Kubra” məscid və Hüseyniyəsində baş verib.
Mediada yayılan ilkin məlumatlara görə, polis və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alaraq araşdırmalara başlayıblar. Hazırda partlayışın intihar hücumu nəticəsindəmi, yoxsa əvvəlcədən planlaşdırılmış bomba yerləşdirilməsi iləmi baş verdiyi araşdırılır.
4332675