“İQNA”-nın “əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi məlumata görə, sionist hərbçilər, 9 fevral, Hasbiya və Mərcəiyyun bölgəsində İslami Camaatın liderlərindən birinin evinə hücum edərək onu özləri ilə aparıblar.
Livan İslami Camaatı yayımladığı bəyanatda bildirib: sionistlər Ətvi Ətvinin ailəsini döyərək onu naməlum bir yerə aparıblar.
Camaat əlavə edib ki, bu şəxsin başına gələcək hər bir zərər və ziyan İsrail rejiminin üzərinə düşür və bu addım İsrailin Livanın suverenliyinə qarşı gündəlik təcavüzlərinin davamıdır.
Bu siyasi təşkilat həmçinin belə bir sual irəli sürüb: “Bu qaçırılma Livan baş nazirinin cənuba və Hasbiya bölgəsinə səfərinə, eləcə də bölgə əhalisinin dövlətə bağlılığına cavab olaraqmı həyata keçirilib?”
Qrup Livan hökumətini beynəlxalq qurumlar və atəşkəsin təminatçı ölkələri vasitəsilə İsrailin təcavüzlərini dayandırmaq və bu əsirin dərhal azad olunması üçün tədbir görməyə çağırıb. Bəyanatın başqa bir hissəsində belə deyilir: “Bu düşmən addımı Livan baş nazirinin cənub bölgələrinə və Hasbiya rayonunun qəsəbələrinə səfərindən sonra baş veribmi?”
İslami Camaat həmçinin vurğulayıb ki, “sionist düşmənin bu terror aktı sərhəd bölgələrinin sakinlərini qorxutmaq və onları kəndlərini və torpaqlarını tərk etməyə məcbur etmək məqsədi daşıyır.”
Digər tərəfdən, ivritdilli Yediot Aharonot qəzeti bildirib ki, bu adam oğurluğu əməliyyatı sərhəddən təxminən 10 kilometr məsafədə, İsrailin xüsusi təyinatlı qüvvələri tərəfindən Livan ərazisində həyata keçirilib.
Qəzet qeyd edib ki, əməliyyat axşam saat 21:00 radələrində başlayıb və sübh vaxtı başa çatıb.
4333338