IQNA

Qahirədə İmam Hüseyn (ə) məscidində Ramazan xüsusi proqramının hazırlanması

11:12 - February 18, 2026
Xəbər sayı: 3499767
İQNA – Ramazan ayını qarşılamaq məqsədilə Qahirədəki İmam Hüseyn (ə) məscidində misirli media fəalı Əmrul-Leysinin aparıcılığı ilə xüsusi Quran proqramı hazırlanır.

“İQNA”-nın “əl-Mısri əl-Yəvm”ə istinadən verdiyi xəbərə görə, misirli aparıcı Əmrul-Leysi Ramazan ayına həsr olunmuş və Qahirədəki İmam Hüseyn (ə) məscidindən canlı yayımlanacaq proqramın aparıcısı olacaq. Proqram tanınmış şeyxlərin, Quran qiraətçilərinin və dini mübtəhillərin iştirakı ilə mənəvi və özünəməxsus bir atmosferdə təqdim ediləcək.

Xüsusi proqramda Ramazan gecələrində İmam Hüseyn (ə) məscidində təravih namazını (sünni ənənəsində Ramazan ayına məxsus müstəhəb ibadət) qıldıran bir sıra qiraətçilərlə müsahibələr, eləcə də mübarək Ramazan ayının fəzilətləri, ona mənəvi hazırlığın yolları və orucun bərəkətlərindən bəhrələnmə mövzularında dini bölmələr yer alacaq.

Məşhur mübtəhillərin Quran tilavətləri və ibtihalları da proqramın digər hissələrini təşkil edir və Ramazanın mənəvi yönlərini əks etdirən xüsusi bir gecə atmosferi yaratmaq proqramın əsas məqsədlərindən biri kimi göstərilir.

İmam Hüseyn (ə) məscidinin Ramazan xüsusi proqramının Misirin “əl-Həyat” peyk kanalında Ramazaniyyat proqramlarının bir hissəsi kimi yayımlanacağı bildirilir.

4334553

captcha