IQNA

Hizbullah, Ayətullah Seyid Muctəba Xameneinin inqilabın lideri seçilməsini təbrik etdi

4:43 - March 12, 2026
Xəbər sayı: 3499911
İQNA – Livan Hizbullahı yaydığı bəyanatda Həzrət Ayətullah Seyid Muctəba Xameneinin İslam İnqilabının üçüncü rəhbəri seçilməsini İran xalqına və rəhbərliyinə təbrik edib.

İQNA-nın “Əl-Məyadin”ə istinadən verdiyi xəbərə görə, Hizbullah bəyanatında vurğulayıb: mövcud çətin şəraitə və ABŞ ilə sionist rejimin cinayətkar təcavüzünə baxmayaraq, İran İslam Respublikasının Xobreqan Məclisinin yeni inqilab rəhbərinin və ümmətin vəlisinin seçilməsini sürətləndirmək istiqamətində göstərdiyi mübarək səyləri, tarixi və şəri məsuliyyəti yüksək qiymətləndiririk.

Hizbullah əlavə edib: onun sürətli və hikmətli seçilməsi, İran İslam Respublikasının və ümmətin düşmənlərinə ildırım kimi bir mesaj göndərir ki, İran xalqı və rəhbərliyi təcavüzkarların terrorçu addımlarından qorxmayacaq.

Bəyanatda həmçinin qeyd olunub: düşmənlərin İslam İnqilabına zərbə vurmaq cəhdləri mücahidlərin fədakarlıqları, şəhidlərin qanı və inqilab rəhbərliyinin möhkəmliyi ilə puça çıxacaq.

Livan İslam Müqaviməti vurğulayıb: ABŞ və İsrailin hegemonluğu heç vaxt bu məğlubedilməz xalqın iradəsini sarsıda bilməyəcək və bu inqilab izzət və qələbə əldə olunana qədər vilayət yolunda bütün gücü və sədaqəti ilə davam edəcək.

Hizbullah sonda bu mübarək yola və vilayət xəttinə sadiqliyini bir daha bəyan edib.

Bu bəyanat Xobrəqan Məclisinin bu gün (bazar ertəsi) səhər saatlarında yaydığı açıqlamada Ayətullah “Seyid Muctəba Hüseyni Xameneini” İran İslam İnqilabının yeni rəhbəri kimi təyin edib təqdim etməsindən sonra yayımlanıb.

4339581

captcha