IQNA

Hizbullahın İsrail rejimi ilə uzunmüddətli müharibəyə hazır olması

0:27 - March 26, 2026
Xəbər sayı: 3500013
İQNA – Hizbullahın Siyasi Şurasının üzvü bildirib ki, onlar sionist rejimlə uzunmüddətli müharibəyə hazırlaşıblar.

“İQNA”-nın “əl-Əhd”ə istinadən verdiyi xəbərə görə, Hizbullahın Siyasi Şurasının üzvü Vəfiq Safa bu gün, bazar ertəsi bəyan edib ki, Hizbullahın qarşıda sürprizləri var, xüsusilə də kamikadze pilotsuz uçuş aparatları ilə bağlı.

Hizbullah rəsmisi sözlərinə belə davam edib: “Biz özümüzü sionist işğalçılarla uzunmüddətli müharibəyə hazırlamışıq”.

Vəfiq Safa əlavə edib: “Müharibədən sonra hökuməti Hizbullahın hərbi fəaliyyətlərini qadağan etmək qərarından geri çəkilməyə məcbur edəcəyik və bunu necə edəcəyimiz önəmli deyil”.

4342458  

captcha