“İQNA”-nın “reuters.com” xəbər saytına istinadən verdiyi məlumata görə, Papa XIV Leo bu gün Vatikanın “Müqəddəs Pyotr” meydanında keçirilən Xurma bayramı mərasimində deyib:
Allah müharibə təhrikçilərinin və əlləri qanla çirklənmiş şəxslərin duasını eşitmir, əksinə onu rədd edir.
O, ABŞ-ın Qərbi Asiya bölgəsindəki müharibəçi siyasətini tənqid edərək əlavə edib:
Allah müharibəni rədd edir və heç kim müharibəni haqq qazandırmaq üçün Allahdan istifadə edə bilməz.
Yeni Papanın ilk Müqəddəs Həftəsi və Pasxa bayramı ABŞ–İsrailin İran əleyhinə ölümcül təcavüzünün bütün regionu alova bürüdüyü bir vaxtda başlayıb.
CNN telekanalının məlumatına görə, katoliklərin liderinin bu sözləri ABŞ-ın müdafiə naziri Pit Hegsethin çıxışına işarədir. Hegseth müqəddəs mətnlərdən sitat gətirərək, guya Allahın İrana qarşı hərbi əməliyyatı dəstəklədiyini iddia etmiş və bununla müharibəyə bəraət qazandırmağa çalışmışdı.
4343360