IQNA

Ehud Barak: ABŞ və İsrail İran və Livanla müharibədə məğlub oldular

20:18 - April 08, 2026
Xəbər sayı: 3500102
İQNA – Sionist rejimin sabiq baş naziri və müdafiə naziri, İran və Hizbullahla aparılan müharibənin idarə olunmasını kəskin tənqid edərək bildirib ki, İran və Hizbullahla mübarizə yol xəritəsinin olmaması və yalnız hərbi gücə arxalanma səbəbindən dalana dirənib.

“İQNA”-nın “əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi xəbərə görə, sionist rejimin sabiq baş naziri Ehud Barak “Kan” kanalına müsahibəsində xarici bombardman və xalqı üsyana çağırmaqla rejimlərin devrilmədiyini vurğulayaraq deyib: “Biz arzulara əsaslanaraq plan qurmuşuq. İran məsələsində hesablamalarda səhvlərə yol vermişik, uzaqgörənlik göstərməmişik və kürdlər kimi qruplara ağılsızcasına ümid bağlamışıq ki, bu da müharibə məqsədlərinin reallaşmasına mane olub.”

O, müharibənin 35 gün keçməsinə işarə edərək bildirib: “Bütün zərbələrə baxmayaraq, İran sistemi möhkəm və dayanıqlıdır və nə uran ehtiyatlarını çıxarmaq, nə də Hörmüz boğazını açmaq üçün konkret plan mövcuddur.”

Barak xəbərdarlıq edib: “ABŞ-ın Hörmüzün bağlı qalacağı təqdirdə İranda ‘cəhnnəm yaratmaq’la bağlı təhdidləri çox təhlükəlidir; çünki İran region boyunca su, elektrik və enerji infrastrukturunu hədəfə almaqla bağlı təhdidlərini həyata keçirəcək və coğrafi yaxınlıq səbəbindən bu zərbələrin təsiri İsraildən daha dəqiq və daha ağır şəkildə region ölkələrinə dəyəcək.”

Barak Qəzza, Suriya və Livanda “təhlükəsizlik kəməri” yaratmağı faydasız adlandıraraq vurğulayıb: “Siyasi həll yolu olmadan qələbə mümkün deyil.”

O deyib: “Hizbullahı tamamilə məhv etmək və dağıtmaq Livanı tam işğal etmədən mümkünsüzdür və ordu da bunun icra olunması mümkün olmayan bir hədəf olduğunu yaxşı bilir. Netanyahu öz yanaşması ilə Livan və Suriya ilə danışıqlar imkanlarını məhv edir.”

Sionist rejimin sabiq baş naziri Netanyahunun fəaliyyətini tənqid edərək bildirib: “O, İsraili yeni bir Spartaya (hərbiçilik simvolu) çevirməyə çalışır, halbuki bizim siyasət və məntiqlə idarə olunan bir modelə ehtiyacımız var. İsraillilər müharibə bitməmişdən əvvəl Netanyahu və onun hökumətini devirməlidirlər.”

4344535 

Teqlər: amerika ، israil ، iran ، livan ، müharibə
captcha