“İQNA”‑nın “əl‑Mənar”a istinadən verdiyi xəbərə görə, Ənsarullahın siyasi bürosu bu qələbəni Hizbullah döyüşçülərinə və Livan xalqına təbrik edib və əlavə edib: sionist düşmən Livanda rüsvayçı məğlubiyyətə uğradı, elan etdiyi hədəflərə çata bilmədi və Hizbullah döyüşçülərinin müqaviməti qarşısında onun nüfuzu dağıldı.
Ənsarullahın siyasi bürosu vurğulayıb ki, ağır canlı qüvvə və texniki itkilər İsrail düşmənini geri çəkilməyə məcbur etdi və onu Livanda atəşkəs variantını qəbul etməyə vadar etdi.
Bəyanatda deyilir: bu qələbə, Fələstindən və İrandan başlayaraq Livan, Yəmən və İraqa qədər uzanan müqavimət cəbhələrinin birliyi strategiyasının böyük bəhrəsidir.
Bəyanat həmçinin vurğulayır ki, bu qarşıdurma mərhələsi müqavimət yolunun doğruluğunu sübut etdi və təslimiyyət yolunun yalnız zərər və alçaldılma ilə nəticələndiyini göstərdi.
Yəmən Ənsarullah hərəkatı Livan İslam Müqavimətinin geniş xalq dayaqlarına təşəkkür edib və bu qələbənin əldə olunmasında əsas rol oynayan böyük səbir və fədakarlıqlarını yüksək qiymətləndirib.
Livan və sionist rejim arasında atəşkəs bu gün (cümə) Beyrut vaxtı ilə sübhün ilk dəqiqələrində qüvvəyə minib.
ABŞ Prezidenti Donald Trampın açıqlaması ilə eyni vaxtda, Livan və sionist rejim arasında 10 günlük atəşkəs cümə günü Tehranın yerli vaxtı ilə 00:30‑da (ABŞ‑ın şərq sahili vaxtı ilə cümə axşamı saat 17:00) icraya başlayıb.
Atəşkəsin ilk saatlarından etibarən müqavimət oxuna yaxın media qurumları məlumatlı mənbələrə istinadən xəbər veriblər ki, İranın strateji tələbi olan müqavimət cəbhələrinin birliyinin qorunması və Livan üçün ayrı‑ayrı atəşkəslərin qəbul edilməməsi Vaşinqton və Təl‑Əviv tərəfindən faktiki olaraq tanınıb.
İran əvvəldən israr edirdi ki, regionda hər hansı atəşkəs Livanda müharibənin tam dayandırılmasına gətirib çıxarmalıdır və indi müqavimətin geri çəkilmədən bu atəşkəsin reallaşması müqavimət oxu üçün strateji nailiyyət, Netanyahu kabineti üçün isə daha bir məğlubiyyət hesab olunur.
4346850