IQNA

Pravoslav xristianlar Trampa ali kilsə nişanı verilməsini pislədilər

10:47 - June 09, 2026
Xəbər sayı: 3500509
İQNA – Fələstindəki Pravoslav Konfransının İcraiyyə Komitəsi Qüds patriarxı tərəfindən Trampa ali kilsə nişanı verilməsini pislədi.

“İQNA”-nın “Ərəbi 21”ə istinadən verdiyi xəbərə görə, Fələstindəki Pravoslav Konfransının İcraiyyə Komitəsi keçən həftə sonu Patriarx Teofilos III ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşü qəti şəkildə pisləyib.

Patriarxın Vaşinqtona səfəri zamanı o, Trampa Müqəddəs Qəbiristanlıq kilsəsi ilə əlaqəli patriarxlığın ən yüksək nişanlarından biri olan Qüds patriarxının Böyük Xaç nişanını təqdim edib.

Fələstindəki Pravoslav Konfransının İcraiyyə Komitəsi bildirib: “Biz bu görüşdən təəccübləndik. Belə ki, görüş region xalqının faciəli müharibələr yaşadığı, bütün sakinlərin, o cümlədən xristianların, onların şəhərlərinin, kilsələrinin və dini simvollarının hədəf alındığı bir vaxtda baş tutur.”

Komitə bu görüş və Trampa ali kilsə nişanı verilməsi ilə bağlı narahatlıqlarını vurğulayaraq qeyd edib: “Bu ali nişan, İsa Məsihin sülhün carçısı, zorakılığın və qan tökülməsinin əleyhdarı olan təlimlərini dəstəkləyən kəsə layiqdir.”

Eyni zamanda, Qüds patriarxlığının ofisi patriarxla prezident Tramp arasında baş tutan protokol görüşünün yayımlanmasını tələb edərək bildirib: “Bizim mediada gördüklərimiz yalnız Patriarx Teofilos III-ün ona təqdim olunan nişanı qəbul etdiyi anın şəkilləri ilə məhdudlaşdı, başqa heç bir şəkil dərc edilmədi.”

4357066

captcha