“İQNA”nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, 68 yaşlı Espozito Səudiyyə Ərəbistanında bir müddət yaşadıqdan və yeni layihəsinin çəkiliş prosesi zamanı müsəlman həmkarları ilə yaxın ünsiyyət qurduqdan sonra rəsmi şəkildə İslamı qəbul edib.
Təcrübəli aktyor şahadət kəlimələrini oxuyub və daha sonra çəkiliş qrupunun bir neçə üzvü ilə birlikdə məscidlərdən birində namaz qılıb.
Sosial şəbəkələrdə yayılan və Espozitonun çəkiliş qrupunun üzvləri ilə birlikdə namaz qıldığı görüntülər qısa zamanda geniş istifadəçi diqqətini cəlb edib.
Onun İslamı qəbul etməsi Səudiyyə Ərəbistanında keçirdiyi şəxsi təcrübənin nəticəsi olub. Aktyor orada olduğu müddətdə insanların qonaqpərvərliyindən, sosial həmrəylik ruhundan və gördüyü səmimi münasibətdən böyük məmnunluq və minnətdarlıq ifadə edib.
Bu xəbər sosial mediada geniş reaksiyalara səbəb olub, xüsusilə də Hollivudda onilliklər boyu izləyiciləri olan aktyorun pərəstişkarları arasında böyük maraq doğurub.
Canqarlo Espozito Hollivudun tanınmış və hörmətli aktyorlarından biri hesab olunur və yadda qalan rollarına görə geniş şöhrət qazanıb.
4359763