“İQNA”-nın İraqın xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, Səd Muin vurğulayıb: "Ümmət şəhidi Ayətullah Xameneinin müqəddəs nəşi gələn həftənin çərşənbə axşamı günü Nəcəfə çatacaq və rəsmi dəfn mərasimi İran və İraq rəsmilərinin iştirakı ilə keçiriləcək."
İraq Ordusunun sözçüsü bildirib ki, şəhid rəhbərin nəşi çərşənbə günü səhər saat 06:00-da milyonlarla iraqlının iştirakı ilə Kufədən Nəcəfə aparılacaq.
General-leytenant Səd Muin əlavə edib: "Daha sonra saat 16:00-da (İraq vaxtı ilə) cənazə Kərbəla şəhərinin bəzi ərazilərində, ardınca isə İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmlərində izdihamla müşayiət olunacaq."
Səd Muin qeyd edib ki, bu mərasimdə xarici nümayəndə heyətləri də iştirak edəcək və mərasim iştirakçılarına xidmət göstərmək üçün iraqlı könüllülərlə (mokib sahibləri ilə) lazımi koordinasiya işləri görülüb.
4361740