IQNA

İsrail rejiminin ordusu HƏMAS-ın 3 komandirini öldürdüyü iddiası

18:11 - August 01, 2026
Xəbər sayı: 3500872
İQNA- İsrail ordusunun HƏMAS komandirlərinin öldürülməsi ilə bağlı iddiası

"İQNA"-nın "Şəfəq Nyus"-a istinadən verdiyi məlumata görə, İsrail rejiminin hərbi sözçüsü bu gün, iyulun 31-də elan edib ki, İsrail ordusu Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadına bağlı bir dəstənin komandir müavini Əbdülkərim əl-Kürdini öldürüb.

O, əlavə edib ki, əl-Kürdi Qəzzanın "Əl-Şifa" xəstəxanasında həkim kimi fəaliyyət göstərib.

Cümə günü gecə İsrail rejiminə məxsus təyyarələr Qəzza şəhərinin qərbindəki əs-Saftavi məhəlləsinə şiddətli hücumlar edib. Onlar yaşayış binasını hədəf alıblar ki, bu da həmin ərazidə güclü partlayışlara səbəb olub.

İsrail rejiminin hərbi sözçüsü həmçinin bir neçə saat əvvəl HƏMAS-ın təchizat məsələləri üzrə məsul şəxsi Məhəmməd əl-Əbd və hərəkatın sahə komandirlərindən biri Əhməd əl-Ənqərin öldürüldüyünü açıqlamışdı.

4367343

captcha