"İQNA"-nın "Kərbəla əl-An"-a istinadla verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahına bağlı Darul-Quranın müəllimlərindən olan Yasir ət-Tai bu barədə bildirib ki, bu şöbə Nəcəf elmi hövzəsinin əməkdaşlığı ilə "Ya Hüseyn" yolunda və "İmam Həsən Müctəba (ə) ziyarətçilər şəhərciyi"ndə ziyarətçilər üçün "Quran stansiyaları" layihəsini təşkil edib.
O izah edib ki, bu stansiyaların qurulmasında məqsəd Quran mədəniyyətini təbliğ etmək, ziyarətçilərin qiraətindəki səhvləri düzəltmək, Ərbəin günlərindən Quran dəyərlərini möhkəmləndirmək üçün istifadə etmək və əziz ziyarətçilərə pulsuz Quran xidmətləri təqdim etməkdir.
O deyib: "Bu stansiyalarda gündəlik namazlarda "Fatihə" və "İxlas" surələrinin qiraətini düzəltmək üçün mütəxəssis müəllimlərin iştirakı ilə fərdi görüşlər kimi müxtəlif fəaliyyətlər həyata keçirilir. Həmçinin, Darul-Quranın qari və qarilərinin iştirakı ilə gündəlik Quran məclisləri və kiçik yaşlı uşaqların Quranı əzbərləmə və tilavət sahəsində istedadlarının nümayişi üçün proqramlar keçirilir".
Ət-Tai əlavə edib ki, bu stansiyalar həmçinin sürətli Quran müsabiqələri və imtahanlarını da əhatə edir və iştirakçılara müqəddəs hədiyyələr paylanır.
O deyib: "Bu stansiyada Quran ayələri mövzusunda ərəb xəttatlığı sərgisi, həmçinin (qısa surələrin öyrədilməsi üçün) Quran körpələri proqramı keçirilir və bununla yanaşı, müqəddəs hədiyyələr paylanılırdı". O, həmçinin qeyd edib ki, bu stansiya ziyarətçilərin "Quranla bağlı suallarına cavab verən" bir mərkəz kimi də fəaliyyət göstərir.
İraqın bu Quran fəalı stansiyanın ziyarətçilərin çoxsaylı və bərəkətli iştirakına şahid olduğunu vurğulayaraq, müxtəlif ərəb və xarici ölkələrdən gələn heyətlərin iştirakına toxunub və bildirib: "Bu iştirak İmam Hüseynin (ə) Ərbəin günlərində Quranın mesajının vəhdətini və ümumbəşəriliyini əks etdirir və bu stansiyaların əziz ziyarətçilərə xidmət göstərməkdə müsbət təsirini vurğulayır".
4367596