IQNA

Malaziyada Şiə məzhəbi təlimlərinin təbliği qadağan olundu

16:48 - December 21, 2010
Xəbər sayı: 2051215
Beynəlxalq şöbə: Malaziyanın İslami İşlər üzrə Naziri Cəmil Xəyyir Bəharm ölkəsində şiə məzhəbi təlimlərinin təbliğinin qadağan olunduğunu xəbər verib.
İQNA Quran agentliyi Bernama xəbər saytına istinadən məlumat verir ki, Bəharm bu addımın əhalisinin əksəriyyətini sünni məzhəbinə inananlar təşkil edən Malaziyada uyğunluğu qrouyub saxlamaq məqsədi atıldığını deyib.
O Malaziya dini və hökumət qurumlarından istəyib ki, şiə məzhəbinin təlimlərinin təbliğinin qarşısını alsınlar.
Qeyd edək ki, ötən həftənin sonu Tasua günü bu ölkənin 200 şiə vətəndaşı şiə məhəb təlimləri təbliği ilə məşğul olduqları ittihamı ilə həbs olunublar. 715984
captcha