IQNA

Həcc zəvvarlarını daşıyan sürücünün Quran oxumasına reaksiya

8:35 - June 03, 2026
Xəbər sayı: 3500468
İQNA – Misirli sürücünün həcc mövsümündə Allahın zəvvarlarını daşıyarkən etdiyi Quran tilavəti sosial şəbəkələrdə istifadəçilərin marağına və təqdirinə səbəb olub.

 

“İQNA”-nın “Əlyəvmus-Sabi” qəzetinə istinadən verdiyi məlumata görə, Əl-Həyat televiziya kanalı geniş izləyici reaksiyasına səbəb olan təsirli bir səhnə yayımlayıb. Bu səhnədə Misirli bir sürücü öz vəzifəsini – zəvarları Allahın evinə apararkən, Quranikərimin ayələrini xoş səslə tərtil üzrə oxuyaraq zəvarlar üçün xüsusi bir mənəvi atmosfer yaradıb.

Bu film sürücünü zəvərlarla səyahəti zamanı Qurandan ayələr oxuyarkən göstərir; bu səhnə vəzifəni yerinə yetirmə, Allahın qonaqlarına xidmət və Quranla ünsiyyətin vəhdətini əks etdirir.

Misirli sürücü “İbrahim” surəsinin 34 və 35-ci ayələrini zəvvarlar üçün oxuyub: "O, sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətini saysanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur! Bir zaman İbrahim demişdi: «Ey Rəbbim! Bu şəhəri (Məkkəni) əmin-amanlıq yurdu et! Məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq et!»"

Bu film  sosial şəbəkə istifadəçilərinin təqdirini qazanıb və onlar sürücünün gözəl səsinə və tilavət üzrə mükəmməl bacarığına görə onu tərifləyiblər.

Onlar həmçinin vurğulayıblar ki, bu cür səhnələr misirlilərin Quranikərimlə bağlılığını və xüsusilə həcc mövsümündə və Ərəfə günündə mənəvi atmosferi yaymaq həvəsini nümayiş etdirir.

kod

4355543

Teqlər: həcc ، zəvvar ، quran ، misir
captcha