IQNA

Ənsarullah "Sahələrin Vəhdəti" tənliyindən xəbər verdi

11:49 - June 08, 2026
Xəbər sayı: 3500504
İQNA – Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Həzam əl-Əsəd bildirib ki, Tehran, Beyrut, Səna, Bağdad və Qəzza bu gün meydanda "Sahələrin Vəhdəti" tənliyini cızırlar.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, sionist rejiminin mediası Yəməndən işğal olunmuş Fələstinə raket atıldığını müşahidə etdiklərini bildirib.

Sionist rejiminin ordusu Yəməndən raket atıldığını müşahidə etdiyini açıqlayıb.

İvrit mediası atılan raketin işğal olunmuş Fələstinin mərkəzi bölgəsinə doğru atıldığını qeyd edib.

Həmin medianın verdiyi məlumata görə, Təl-Əvivdə və işğal olunmuş Fələstinin mərkəzi və cənubundakı geniş ərazilərdə həyəcan siqnalı səslənib.

İvrit mediası etiraf edib: Yəməndən raket atıldıqdan sonra işğal olunmuş Fələstinin 168 nöqtəsində həyəcan siqnalları səslənib. Həmin media bildirib ki, Yəmənin raket hücumu nəticəsində işğal olunmuş Fələstinin hava məkanı müvəqqəti olaraq bağlanıb.

İvrit mənbələri həmçinin bu hücum nəticəsində "Lodd" hava limanında uçuşların dayandırıldığını bildiriblər.

12-ci ivrit kanalı da xəbər verib: Yəməndən raket atıldıqdan sonra hava məkanı bağlanıb.

Yəmən raketləri endikdən sonra Ben-Qurion hava limanında həyəcan siqnalının səslənməsi ilə eyni vaxtda Ben-Qurion hava limanı da bu hücum səbəbindən fəaliyyətini dayandırıb.

4356884

Teqlər: Ənsarullah ، yəmən ، tehran ، fələstin ، raket ، beyrut
captcha