IQNA

Türkiyədə “Peyğəmbər (s) üçün 100 milyon salavat” layihəsi böyük maraqla qarşılanıb

23:14 - March 05, 2011
Xəbər sayı: 2090639
Mədəniyyət və incəsənət şöbəsi: Türkiyənin ictimai və birliyə dəstək “Siverek İkra – dərnəyi”nin təşəbbüsü ilə “Peyğəmbər (s) üçün 100 milyon salavat” layihəsi icra olunur.
İQNA Quran agentliyinin məlumatına əsasən, “Peyğəmbər (s) üçün 100 milyon salavat” layihəsinin icrasına 1 həftədir ki, başlanılıb.Bir həftə ərzində artıq 15 milyon nəfər salavat deyib və bu layihə aprelin 20-dək davam edəcək.
Siverek İkra dərnəyinin rəhbəri Hüseyn Şükür bu haqda deyib ki, “Peyğəmbər (s) buyurub ki, mənə daha çox salavat demiş şəxs qiyamət günü mənə yaxın olan şəxs olacaq”. Biz bu hədisi özümüzə rəhbər tutaraq Peyğəmbərə (s) 100 milyon salavat demək layihəsini icra edirik. 757762
captcha