IQNA

Beynəlxalq Səhər kanalından “Mütəziran” adlı verliş azərbaycan dilində yayımlanacaq

0:34 - April 05, 2011
Xəbər sayı: 2100603
Mədəniyyət və incəsənət şöbəsi: Beynəlxalq Səhər kanalı İmam Zaman (əc) həyatı və Məhdəviyyətlə tanışlıq məqsədi ilə yenidən “Müntəziran” adlı verliş azərbaycan dilində yayımlayacaq.
İQNA Quran agentliinin Beynəlxalq Səhər kanalının mətbuat xidmətinə istinadən məlumatına əsasən, verlişi hazırlayan Əhmədrza Kərimi deyib ki, verliş bundan öncə Beynəlxalq Səhər kanalının Azərbaycan bölməsindən həftədə bir dəfə yayımlanırdı bundan sonra da həftədə bir dəfə yayımlanacaq. Bunun üçün yeni proqramların çəkilişləri aparılıb və hazırlanıb.
“Müntəziran verlişinin 52 yeni seriyasının çəkilişləri artıq aparılb. Hər seriyada aparıcı müxtəlif ekspertlərlə İmam Zaman (əc) zühurunu gözləməklə bağlı məsələləri müzakirə edəcək. İntizar mövzusunda saytlar, nəşrlər və kitabların təqdimatı olunacaq, İngizar mövzusunda şerlər və qəsidələr yer alıb. Verliş 30 dəqiqə ərzində yayımlancaq.
Verlişdə İmam Zaman (əc) viladəti və o həzrətin viladəti zamanı baş verən hadisələr, Qeybət-e Suğradan (kiçik qeybət) əvvəl baş verən hadisələr, Qeybət-e Kubra (Böyük qeybət) və ona hazırlıq prosesi, İmam Zaman (əc) şəxsiyyəti, əxlaqı, kəraməti və sifətləri. Qeybə çəkilməyin səbəbləri və fəlsəfəsi, mahiyyəti və digər bu kimi məsələlər araşdırırlır.
O deyib ki, ümid edirəm Müntəzran verlişi bundan öncə olduğu kimi də Azərbaycanda yaşayan möminlərin marağına səbəb olacaq. Verlişin aparıcısı Abdullah Bəhrululumidir. 768579
captcha