IQNA

Fransada “İbrahim oğulları” adlı televiziya proqramı yayımlanır

18:45 - August 25, 2011
Xəbər sayı: 2176717
Beynəlxalq şöbə: Bir müsəlman, bir xristian və bir yəhudinin iştirakı ilə efirə çıxan “İbrahim oğulları” adlı dini televiziya proqramı Fransanın Direct-8 kanalı ilə yayımlanır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Satmag xəbər agentliyinin verdiyi məlumata görə, avqustun 23-də Direct-8 kanalı anons verərək elan edib ki, “İbrahim oğulları” adlı dini televiziya proqramı sentyabrın 14-dən etibarən yayımlanmağa başlayacaq. Verilişin həftəlik olması və hər çərşənbə günü efirə çıxması nəzərdə tutulur.
Verilişdə Quranı fransız dilinə tərcümə etmiş əlcəzairli filosof və islamşünas Malik Şəbəl, katolik keşişi Alen de Morande və Fransa yəhudiləri birliyinin baş katibi Hayim Korsia iştirak edəcək.
Xatırladaq ki, bu layihə 2011-ci ilin sonuna kimi davam edəcək. 848986
captcha