İran Quran Xəbər Agentliyi (İQNA): Dünya islam cəmiyyətinin ümumi əlaqələr şöbəsinin məlumatına əsasən, İslam inkişaf bankının icra nümayəndələrinin şura iclasında Dünya islam inkişaf bankına tabe olan müəssisələrinin şəri komitəsinin vəhdəti məqsədilə Ayətullah Təsxiri 3 il müddətində komitə rəhbəri seçilmişdir.
İslam konfransı təşkilatına bağlı olan İslam inkişaf bankı böyük müəssisələrin və digər müxtəlif komitələrin fəaliyyətlərinin islama uyğun edilməsi məqsədilə bu fiqh-şəri komitə yaradılmışdır.
Misirdən Şeyx Hüseyn Hamid, Suriyadan Şeyx Əbdülsitar Əbuqəde, Səudiyyə Ərəbistanından Şeyx Abdullah Bin Süleyman, Pakistandan Şeyx Muhəmmədtəqi Əl-ətmani, İİR-dan Ayətullah Məhəmmədəli Təsxiri, Tunis islam Respublikasından Şeyx Muhəmməd Əl-Muxtar, Malaziyadan Şeyx Muhəmməd Haşim Bin Yəhya islam inkişaf bankının şəri komitəsinin üzvləridirlər. 929052