İQNA-nın (Beynəlxalq Quran Xəbər Agnetliyi) "Əxbar əl-an" xəbər saytına istinadən verdiyi xəbərə görə Misir prokurorluğu təhrikedici bir hərəkətlə Məhəmməd Üsfurun - "Əl-Əzhər" İslam Universitetinin Quran ustadı, şiə məzhəbini qəbul etdiyi üçün, işdən çıxarılması hökmünü verdikdən sonra bu hökmün təsdiq və icra olunması üçün "ixrac hökmü"nü "Əl-Əzhər"in şeyxi Əhməd Təyyibin dəftərxanasına göndərmişdir.
"Əl-Əzhər"in Misirin "Əl-Ğərbiyyə" əyalətindəki Hüquqi İşlər komitəsi Məhəmməd Üsfurun - "Əl-Əzhər" İslam Universitetinin Quran ustadı, işini Misirin Mərkəzi Hüquq İşləri idarəsinə göndərmişdir ki, Məhəmməd Üsfurun öz işində qalmasının qanuna uyğunluğu və ya onun şiə məzhəbini qəbul etdiyi üçün işdən qovulması barədə qərar qəbul olunsun.
Bundan öncə Misirin "Əl-Ğərbiyyə" prokurorluğu Məhəmməd Üsfurun barəsində şiə məzhəbini qəbul etdiyi və məsciddə şiə məzhəbinə uyğun ibadət etdiyi üşün işdən qovulmadan bir il həbs hökmü çıxartmışdı.
"Əl-Əzhər"in Hüquqi İşlər komitəsi elan edib ki, şiə məzhəbini qəbul eymək iğtişaşçı bir hərəkətdir və ola bilsin ki, Məhəmməd Üsfur bir daha işə qayıtmasın.
Qeyd edək ki, indiyədək "Əl-Əzhər"in bir-neçə nəfər ustadı şiəliyi qəbul etdiyi üçün işdən qovulma və ya başqa kobud rəftarlarla üzləşmişlər ki, buna misal olaraq Əllamə Əhməd Əmin Əntakini göstərmək olar.
1243618