IQNA

İŞİD Mosulda 104 məscid dağıdıb

0:42 - December 10, 2016
Xəbər sayı: 3481109
İraqın şimalında Neynəva əyalətinin Əhl- Sünnə Vəqflər İdarəsinin müdiri elan edib ki, İŞİD Mosul şəhərində və bu şəhərin ətraf kənd və rayonlarında 104 məscidi dağıdıb.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- Qüds əl- Ərəbi" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbər görə, İraqın şimalında Neynəva əyalətinin Əhl- Sünnə Vəqflər İdarəsinin müdiri elan edib ki, İŞİD Mosul şəhərində və bu şəhərin ətraf kənd və rayonlarında 104 məscidi dağıdıb.

Əbu Bəkr Kənan- Neynəva əyalətinin Əhl- Sünnə Vəqflər İdarəsinin müdiri, bildirib ki, İŞİD 2014- cü ilin yayında Mosulu işğal etdiyi zamandan indiyədək 37 məscidi tamamilə dağıtmış və yerlə yeksan etmişdir. Bu məscidlərin bəziləri çox qədim tarixə malik idi və İraqın tarixi və mədəni irsi sayılırdı.

O əlavə etdi: Vəhabi terroçu təkfirçi qruplaşmasının yaratdığı İŞİD vəhşiləri bu 37 məsidi təkcə bu bəhanə ilə ki, bu məscidlərdə böyük şəxsiyyətlərin qəbri var idi və türbə sayılırdı, yerlə yeksan ediblər.

Əbu Bəkr Kənan- Mosul əyalətinin Əhl- Sünnə Vəqflər İdarəsinin müdiri, 104 məscidin dağıdılmasına işarə edərək dedi: Bundan əlavə İŞİD-lə müharibə zamanı savaş əsnasında 67 məscid sıradan çıxıb. Məscidlərin bəziləri ciddi zərbə aldıqları üçün istifadəyə tamamilə yararsızdır və gərək yenidən tikilsinlər.

O vurğuladı: Mosulun məscidlərinin çoxu tarixi və mədəni irs olduğu üçün bu məscidlərin dağıdılması bu tarixi şəhərə böyük zərbə və zərər vurdu.

Teqlər: iqna ، məscid ، mosul ، İŞİd ، neynəva
captcha