IQNA

Tac-Mahal Hindistanın turizm məkanları siyahısından silinib

6:01 - October 10, 2017
Xəbər sayı: 3482243
Hindistanın şimalında yerləşən Utar-Pradeş əyalətinin yerli dövləti qədim İslami memarlıq abidələrdən sayılan Tac-Mahal binasını turizm məkanları siyahısında silib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın şimalında yerləşən Utar-Pradeş əyalətinin yerli dövləti qədim İslami memarlıq abidələrdən sayılan və hər il 6 milyon turistin ziyarət etdiyi Tac-Mahal binasını turizm məkanları siyahısında silib.

Bu xəbərə görə, Utar- Pradeş əyalətinin turizm təşkilatının rəisi bu əyalətin 32 səhifəlik yeni turizm məkanları siyahısını çap və nəşr edib. Bu siyahıda müxtəlif hindu və buddist məbəd və abidələri yer alsa da, qədim İslami memarlıq nümunəsi sayılan və hər il altı milyon turist tərəfindən ziyarət edilən Tac-Mahal abidəsi bu siyahıdan çıxarılıb.

Qeyd edək ki, Tac-Mahal binası 1983-cü ildə YUNESKO təşkilatı tərəfindən dünyanın tarixi məkanlarından biri kimi qeydiyyata alınıb və dünyanın yeddi möcüzəsindən biri hesab edilir.

http://www.iqna.ir/fa/news/3650874


Teqlər: hindistan ، tac-mahal ، iqna
captcha