IQNA

Myanmar cinayətləri işi yenidən beynəlxalq məhkəmədə

9:26 - July 09, 2018
Xəbər sayı: 3483440
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Myanma cinayətləri işi barədə sənədlərin ən tez zamanda yenidən baxılması üçün Beynəlxalq Cəza Məhkəməsi qaytarılmasını tələb etdi.

Myanmar cinayətləri işi yenidən beynəlxalq məhkəmədəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Hüquqları üzrə Ali Komissarı Myanma cinayətləri işi barədə sənədlərin ən tez zamanda yenidən baxılması üçün Beynəlxalq Cəza Məhkəməsi qaytarılmasını tələb etdi.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Rəd Hüseyn BMT-nin İnsan Hüquqları Şurasında çıxışında Ruhingiya qaçqınlarının böhranının hələ də həll edilməməsinə və müsəlmanların Myanma silahlı qüvvələrindən qorxaraq Banqladeşə qaçmaqda davam etməsinə işarə edərək, tələb etdi ki, Myanma cinayətləri işi barədə sənədləri ən tez zamanda yenidən baxılması üçün Beynəlxalq Cəza Məhkəməsinə verilsin.

O çıxışında vurğuladı: Myanma dövləti üçün ayıbdır ki, üzərindən bir il keçməsinə baxmayaraq qətliam və soyqrımdan xilas olmaq üçün Banqladeşə qaçan ruhingiyalı qaçqınların öz vətəninə dönməsi barədə razılaşmaya əməl edə bilməyib.

BMT-nin hesabatına görə, cari ilin İyun ayının ortalarından Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 11 min 432 nəfərə çatıb.

Keçən ilin Avqust ayının 25-dən başlayan soyqırım və qətliamdan sonra Raxinli müsəlmanlar Banqladeşə qaçmışdılar. Sonradan beynəlxalq razılaşmaya əsasən Myanma dövləti qaçqınların öz vətənlərinə dönməsi üçün şərait yaratmalı idi ki, buna əməl etməyib və hətta vətəninə qayıdanları da həbs edib.

http://iqna.ir/fa/news/3728458  

Teqlər: iqna ، raxin ، ruhingiya ، myanma
captcha