IQNA

İSESCO: Azərbaycanda İslami irslə bağlı milli tolantı keçiriləcək

8:34 - January 10, 2019
Xəbər sayı: 3484503
İSESCO 2019-cu ilin "İslam Dünyasının İrsi ili" adlandırılması münasibəti ilə proqramlarını açıqlayaraq bildirib ki, cari ildə İslami irsin himayəti və tanıdılması hədəfi ilə 37 proqram həyata keçirəcəkdir.

İSESCO: Azərbaycanda İslami irslə bağlı milli tolantı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  2019-cu ilin "İslam Dünyasının İrsi" adlandırılması münasibəti ilə həyata keçirəcəyi proqramları açıqlayıb.

İSESCO 2019-cu ilin "İslam Dünyasının İrsi ili" adlandırılması münasibəti ilə proqramlarını açıqlayaraq bildirib ki, cari ildə İslami irsin himayəti və tanıdılması hədəfi ilə 37 proqram həyata keçirəcəkdir.

Bu proqramlara əlyazma nüsxələrin bərpası, əl işləri sənayesinə qayğı, əl sənayesi muzeylərinə dəstək, insəcət ustaları və əl sənayesi peşəkarlarını təşviq etmək, Mədəniyyət Nazirlərinin 11-ci İslam Konfransının təşkili, İslami irsin qorunmasının əhəmiyyəti barədə Tunisdə beynəlxalq konfransın təşkili, Qırğızıstan və Azərbaycanda İslami irs barədə milli toplantının təşkili, İslam dünyasında mədəni inkişafın məşvərət şurasının 17-ci toplantısını keçirmək, İSESCO-nun arxeoloji alimlərinin Əqsa məscidi barədə hesabat hazırlaması, 3 kitabın çapı, əl sənayesi sahəsində 3 layihənin həyata keçirilməsi, Mərakeşdə virtual muzeyin tətis edilməsi və sair daxildir.

Bundan əlavə Qüdsün mədəni müəssisələrini dəstəkləmək üçün bir sıra proqramlar icra ediləcəkdir. Bu proqramlar çərçivəsində Fələstinin əl sənayesi, qədim əl sənayesi və Fələstinin milli irsinin tanıdılması üçün sənədli filmlər istehsal ediləcək.

İSESCO-nun proqramlar təşkilatın daxilində və 15 üzv ölkədə, o cümlədən İraq, İordaniya, Qətər, Mərakeş, Nigeriya, Mali, Burikinafaso, Burunei, Azərbaycan, Banqladeş, Qırğızıstan, Malaziya, Özbəkistan və Hindistanda icra ediləcəkdir.     

http://iqna.ir/fa/news/3780077  

Teqlər: isesco ، islami irs ، azərbaycan ، iqna
captcha