IQNA

Ayətullah Sistani: Cinayətkarların işinə təkcə məhkəmə sistemi baxmalıdır

8:08 - December 14, 2019
Xəbər sayı: 3486307
İraqın Nəcəf şəhərində yaşayan böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası Bağdadın “Vəsbə” meydanında 16 yaşlı cavanın edam edilməsini məhkum edən bəyaniyyə yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası Bağdadın “Vəsbə” meydanında 16 yaşlı cavanın edam edilməsini məhkum edən bəyaniyyə yayıb.

İraqın Nəcəf şəhərində yaşayan böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin bəyaniyyəsi onun Kərbəla şəhərindəki nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Safi dünən, 13 Dekabr 2019-cu il, Cümə namazında qiraət edib.

Bəyaniyyədə İraqın müxtəlif məsələlərinə işarə edilib. O cümlədən xalqın İŞİD üzərində qələbəsinə işarə edilərək deyilir: “İraqlılar üç il İŞİD ilə savaşda on minlərlə şəhid və yaralı verdilər, amma İraqın işıqlı tarixini izzətlə yazdılar, vətəni və müqəddəsləri qorumaqda fədakarlıq və qəhrəmanlığın ön gözəl nümunəsini təsvirə çəkdilər.

Bəyaniyyədə İraqın silahlı qüvvələri və qoşunların möhkəm əsaslara söykənərək nizama salınması barədə deyilir: “İraqın qoşunları və silahlı qüvvələri vətənə vəfalı olmalıdır. Hər bir xarici təcavüzün qarışısında vətəni müdafiə etməlidirlər. Həmçinin vətənin konsitutsiyası əsasında qurulmuş siyasi sistemini qorumalıdırlar.

Ayətullah Sistani işğaldan azad edilmiş şəhərlərdə insanların məişət problemlərini önə çəkərək bu rayonların yenidən qurulmasını və qaçqınların izzətlə öz şəhərlərinə və evlərinə qaytarılmasının zəruri olduğunu vurğulayaraq bildirib: “Ölkənin islah edilməsi terrorizm ilə mübarizədən də böyük çətin bir işdir. Amma İraq xalqı Allahın köməyi ilə İŞİD-lə döyüşdən qalib çıxdıqları kimi islahat işləri məsələsində də doğru idarəçilik ilə qələbə qazanacaqlar. Bunun üçün etirazlar da sülhamiz olmalıdır. Etiraz aksiyalarına çıxanların da çoxu bu məsələdə zorakılıq və hərc-mərcdən uzaq olmağın əhəmiyyətinə vaqifdirlər”.

İraqın dini mərcəiyyəti ölkədə baş verən son hadisələrə işarə edərək vurğulayıb: “Silahlar dövlətin kontrolunda olmalıdır. Hakimiyyətin kontrolundan kənarda heç bir qrupun silahlı olmamalıdır. Çünki ölkədə sabitliyin və sülhün qorunması buna bağlıdır.

Şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası insanlara qarşı zorakılığı, qətlə yetirməyi, sivil insanlara edilən hücumu və insanları oğurlamağı və Bağdadın “Vəsbə” meydanında 16 yaşlı cavanın edam edilməsini məhkum edərək bütün təhlükəsizlik qrumlarından bu cinayəti edənlərin cəzalandırılmasını tələb edib.

Ayətullah Üzma Seyyid Əli Sistani sonda vurğulayıb: “Qətl, adam oğurluğu və cəsədləri “müslə” etmək (əl-ayaq və burun-qulaq kəsmək) cinayətdir və bu işi görənlər cəzalandırılmalıdır. Cinayətkarların cəzalandırılması məsələsinə təkcə ölkənin ədalətli məhkəmə sistemi baxmalıdır. Hər kim necə gəldi və ürəyi istədiyi kimi kimisə cəzalandıra bilməz, əgər cəzalandırılan şəxs həqiqətən cinayətkar olsa da belə”.     

https://iqna.ir/fa/news/3863742

captcha