"əl-Fürat"ın verdiyi məlumata görə, İraqın xarici işlər naziri Məhəmməd Əli əl-Həkim bu barədə özünün sosial şəbəkə hesabında yazaraq bildirib ki, toplantıda İranlı mütəxəssislərlə virusun qarşısının alınması yolları müzakirə ediləcək.
Məhəmməd Əli əl-Həkim əlavə edib: Ölkənin müxtəlif qrumları, o cümlədən səhiyyə, nəqliyyat və xarici işlər nazirliyinin işçilərindən təşkil edilmiş komitə həftənin Cüməaxşamı günü (20 Fevral 2020) keçirilən iclasda "korona virus"un ölkəyə daxil olmasının qarşısın almaq barədə layihə hazırlayıblar.
O vurğulayıb: Bu komitə Cümə günü (21 Fevral 2020) İran İslam Respublikasının İraqdakı səfiri ilə də görüşüb və müştərək toplantının keçirilməsi üçün danışıblar.