IQNA

Nəcəfin qida məhsulları anbarları yandı – VİDEO

8:53 - August 06, 2020
Xəbər sayı: 3487829
Tehran (IQNA) -  İraqın Nəcəf şəhərinin Mülki Müdafiə İdarəsinin koordinatoru ötən gün (5 Avqust) bu şəhərin 20-dən çox qida məhsulu anbarının yandığını xəbər verib.

İraqın Nəcəf şəhərinin Mülki Müdafiə İdarəsinin koordinatoru Əli Tüvəyc bu yanğının Nəcəf şəhərinin topdan satış bazarının anbarında baş verdiyini deyib.

Hadisə Nəcəf şəhərinin mərkəzində yerləşən əl-Qüds xiyabında baş verib.

Yanğın geniş ərazini alovlandırdığı üçün alovu söndürmək çətin olub və nəticədə bazara və anbarlara külli miqdarda maddi zərər dəyib.  /3915026

kod

 

captcha