IQNA

"İslam GPS" ilə İslami yerlərə səyahət və ziyarətdən həzz alın

20:23 - November 01, 2021
Xəbər sayı: 3491107
"İslam GPS", genişlənmiş reallıq proqramıdır. Naviqasiya və ən yaxın yerli məscidi göstərməklə yanaşı, istifadəçilərə bütün dünyada məscidləri və islami görməli yerləri tapmağa imkan verir. Bu, asanlıqla və şəxsin mobil telefonunda olan proqram vasitəsilə həyata keçirilir.

İQNA-nın verdiyi xəbərə əsasən, Qərb ölkələrində müsəlman əhalinin artması, İslam şəriəti ilə bağlı məsələlərə görə bu insanların ehtiyac duyduğu xidmət və imkanların genişlənməsinə səbəb olub.

Müsəlman icmalarının ehtiyaclarını nəzərə alsaq, maliyyə və qida ilə bağlı iki sahə Qərb cəmiyyətlərində, o cümlədən Britaniyada müsəlmanlar üçün daha vacib görünür. Bununla belə, islam startapları başqa sahələrə də daxil olmağa və gəlirli halal məhsul bazarından istifadə etməyə çalışıblar. Müxtəlif halal məhsullar sahəsində bu səylərdən biri də digər halal məhsullardan fərqli məhsulları bazara çıxaran “İslam GPS”idir.

Bu Startap, İqbal Hüseyn adlı pakistanlı mühacir tərəfindən təsis edilib. İslami GPS-in beta versiyası ilk dəfə 2015-ci ildə məhdud tirajla buraxılıb. Bir il sonra "İslam GPS" 2016-cı ilin yayında rəsmi olaraq istifadəyə verilib.

4008137

captcha