IQNA

Misirdə Əl-Əzhər Quran müəllimləri müsabiqəsinin keçirilməsi

10:49 - June 01, 2026
Xəbər sayı: 3500454
İQNA – Misirin Mərkəzi Təşkilat və İdarəetmə Qurumu Əl-Əzhərin 4 min 517 nəfərlik Quran müəllimi üçün keçiriləcək xüsusi müsabiqədə iştirak üçün ərizələrin qəbuluna başlayıb.

“İQNA”-nın “Misravi”-yə istinadən verdiyi xəbərə görə, onlayn ərizə prosesi milli şəxsiyyət vəsiqəsindən istifadə etməklə 2026-cı il iyunun 10-dək https://jobs.caoa.gov.eg/ linki vasitəsilə davam edəcək.

Müsabiqədə iştirak üçün elan edilmiş şərtlər aşağıdakı kimidir:

· Namizəd Misir vətəndaşı olmalıdır.

· Namizəd yaxşı şöhrətə və xarakterə malik olmalıdır.

· Namizəd cinayət və ya əxlaqsızlıq və ya vicdansızlıq hesab edilən bir cinayətə görə məhkum edilməməlidir, yalnız ləyaqəti bərpa edildikdə istisnadır.

· Namizəd intizam qaydasında qərar və ya hökmlə xidmətdən qovulmamış olmalıdır, yalnız həmin qərarın verilməsindən ən azı dörd il keçdikdə istisnadır.

· Namizədin yaşı bu elanın dərc olunduğu tarixdə 40-dan çox olmamalıdır.

· Namizədin ümumi orta balı “yaxşı” və ya daha yüksək olmalıdır.

· Ərizələr yalnız namizədin milli şəxsiyyət vəsiqəsində qeyd olunmuş məlumata əsasən yaşadığı vilayət üzrə təqdim edilməlidir.

Müsabiqədə iştirak üçün uyğun olan ixtisaslar:

· Ədəbiyyat və Təhsil bakalavrı (İslam Araşdırmaları - İslam və Ərəb Araşdırmaları sahəsi),

· İslam və Ərəb Araşdırmaları bakalavrı (Ərəb dili istisna olmaqla, bütün sahələr),

· İslam Araşdırmaları bakalavrı (bütün sahələr),

· İslam Təbliği bakalavrı (bütün sahələr),

· İslam İlahiyyatı bakalavrı (bütün sahələr),

· Dinin Əsasları (Üsuluddin) bakalavrı (bütün sahələr),

· Ərəb dili bakalavrı (İslam Araşdırmaları sahəsi),

· Dillər və Tərcümə bakalavrı (xarici dillərdə İslam Araşdırmaları),

· Qiraət və Quran Elmləri bakalavrı (bütün sahələr).

4355267

captcha