IQNA

Ramazan ayının iyirmi üçüncü günündə günahın təmizlənməsi

14:02 - April 14, 2023
Xəbər sayı: 3494013
Ramazan orucundan istifadə etmək istəyirsinizsə, günahdan pak olmalı, belə bir məqama çatmaq üçün günahlarımızı bilməli və paklanmaq üçün səhvlərimizə göz yuman Allahdan kömək istəməliyik.

İnsan öz günahını etiraf etmədikcə günahdan azad ola bilməz. Günahların həqiqətini və növlərini bilən və əməlinin hansı hissəsinin doğru, hansı hissəsinin yanlış olduğunu dərk edən ancaq günahını etiraf edər. Bu biliyə nail olmaq insanın günahlardan təmizlənməsinə kömək edir.

Mübarək Ramazan ayının iyirmi üçüncü günündə Allahdan istəyirik:

اللّهمّ اغسِلْنی فیهِ من الذُّنوبِ وطَهِّرْنی فیهِ من العُیوبِ وامْتَحِنْ قَلْبی فیهِ بِتَقْوَی القُلوبِ یا مُقیلَ عَثَراتِ المُذْنِبین؛

"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"

Birinci mesaj: günahları yumaq

İnsanın yaratdığı çirkinliklər və günahlar insanın ruhunda zülmət yaradır. Çünki insanın vücudu yumşaq və ağ bir parça kimi qalır, toz və çirkinliyə məruz qaldıqda qaranlıqlaşır. Parçanın üzərindəki ilk qara ləkə yuyulmasa, qaranlıq parçaya nüfuz edəcək və bu qaralıq getdikcə artacaq. İnsan Uca Allahın hüzurunda günahlarını etiraf etməli, Uca varlığa dua və yalvarmaqla Onun məhəbbətini özünə cəlb etməlidir ki, günahları yuyulsun.

Günahların yuyulmasının bəzi yolları

1_ Allah qarşısında günahı etiraf etmək

2_ Həqiqi tövbə və bağışlanma: İmam Əli (ə) buyurur: Tövbə altı mənada ifadə olunur: Birincisi: keçmişə peşman olmaq. İkincisi: günahı əbədi olaraq təkrar etməmək qərarı. Üçüncüsü: Allahla görüşənə qədər insanların haqqının sənin boynunda qalmaması. Dördüncüsü: Düzgün yerinə yetirmədiyin vacib olanları yerinə yetirmək. Beşinci: Bədənində haramdan bitmiş əti əritmək (kədərlə). Altıncı: Günahın ləzzətini daddığı kimi ibadət etməklə bədənə onun əzab və məşəqqətini dadırmaq. Bütün bu addımlardan sonra “Əstəğfirullah” demək olar.

3_ Vacib namazların qılınması: Həzrət Peyğəmbər (s) buyurur: Beş vaxt namaz, insanın gündə beş dəfə özünü yuduğu su axınına bənzəyir.

4_ Gecə namazı

5_ Quran oxumaq

6_ Zikr: Allahı və Onun uca sifətlərini zikr etmək

7_ Həcc və ümrəni yerinə yetirmək: Allah Rəsulu (s) buyurur: Həcc (vacib) cənnətlə mükafatlandırılır və ümrə hər bir günahın kəffarəsidir.

8_ Həzrət Məhəmmədə (s) və onun ailəsinə salavat göndərmək

9_ Gözəl əxlaq: İmam Sadiq (ə) buyurur: Gözəl əxlaq günahları günəşin hərarəti kimi məhv edər.

10_ Çox səcdə etmək: Bir nəfər Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi ki, mənim günahlarım artıb. Peyğəmbər buyurdu: Çox səcdə edin, çünki çox səcdə etmək yarpaqları yerə sovuran külək kimi günahları aradan qaldırar.

11_ Sədəqə vermək: İmam Əli (ə) buyurur: Böyük günahların kəffarəsi yoxsulların fəryadına yetişməkdir.

İkinci mesaj: Eyblərdən paklanmaq

Bəzən əməllərimizdə və davranışlarımızda təzahür edən daxili nöqsanlar insanda kök salan çirkin əxlaqi xüsusiyyətlərdir. Ondan təmizlənməlidir ki, qəlb, ruh və üzvlər bir ağızdan Allahın xidmətində qərar tutsun .

Üçüncü mesaj: Allah tövbəni qəbul edir

Böyük və kiçik günahlar, bəzən xəta və səhvlər, çirkinliklər və günahlar bizim vasitəsi ilə yaranır. Bunlar əslində şeytanın bizi idarə etməsidir. Allahdan üzrlərimizi qəbul etməsini və səhvlərimizi bağışlamasını diləyirik və Allah tövbələri qəbul edir. Allah “Tövbə” surəsində buyurur: «أَلَمْ یعْلَمُوا أَنَّ اللَّهَ هُوَ یقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِه؛ "Məgər onlar bilmirlərmi ki, bəndələrinin tövbəsini ancaq Allah qəbul edir?”

* Höccətül-İslam Ruhullah Bidramın yazdığı "Oruc tutanların Pıçıltıları" kitabından götürülmüşdür.

3969410

captcha