IQNA

Həya unudulmuş bir dəyərdir

17:18 - June 19, 2023
Xəbər sayı: 3494347
Həyalı olmaq dindarlıq və rasionallıq nişanəsidir. Habelə kimdə ağıl və iman varsa, həya fəzilətinə sahib olacaqdır.

Ötən bəhsimizdə unudulmuş dəyərlərin müzakirəsinin davamında cəmiyyətdə unudulmuş dəyərlərdən biri kimi “əmanətdarlıq”dan danışdıq.

Unudulmuş dəyərlərdən bir digəri də “həya”dır. Bu fəzilət çox müqəddəsdir, o qədər müqəddəsdir ki, İmam Sadiq (ə) buyurur:

«لَا إِيمَانَ لِمَنْ لَا حَيَاءَ لَه» "Həyası olmayanın imanı yoxdur". Həmçinin Əmirəl-möminin Əlidən (ə) bir hədisdə deyilir: «أَعْقَلُ النَّاسِ أَحْيَاهُمْ» "Camaatın ən ağıllısı onların ən həyalısıdır".

Buna əsasən, həyalı olmaq dindarlıq və rasionallıq nişanəsidir. Habelə kimdə ağıl və iman varsa, həya fəzilətinə sahib olacaqdır.

Yaramaz məxluq olan və tarixdə belə yaramazlıqlara nadir hallarda rast gəlinən firon, padşahlıqdan əlavə, xalqa hökmranlıq edib və tanrılıq iddiasında idi. Xalq da onun iddiasını qəbul etdi! Amma Qurani-Kərimdən və rəvayətlərdən belə başa düşülür ki, o, bu hakimliyindən əvvəl və Allahlıq iddiasına düşməmişdən əvvəl xalqdan həya və qeyrəti alıb, onları laqeyd bir dəstəyə çevirmişdir. Qurani-Kərimin bir neçə ayəsində Fironun şər planı açıqlanır. Həmin ayələrin birində buyurur: "Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qadınlarını (qızlarını) isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!" (Qəsəs, 4).

Bu ayədə Fironun insanlar üzərində hökmranlığı və onları zəiflətməsi təsvir edildikdən sonra belə buyurulur: "Onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qadınlarını (qızlarını) isə sağ buraxırdı". Ayənin bu hissəsi iki cür məna daşıyır; Onun məşhur mənası budur ki, firon oğlanları öldürdü ki, onun hakimiyyətinə mane olan bir gənc tapılmasın və qızları xidmətçilik üçün zillət içində saxladı. Amma başqa bir məna budur ki, Firon kişilərdən qeyrəti, qadınlardan həyanı aldı. Məlumdur ki, kişilərdə qeyrət, qadında həya olmayan cəmiyyətə hakim olmaq asandır.

Tarixə görə, “İspaniya” və ya “Əndəlus” ölkəsi də eyni şəkildə ələ keçirilib. Əndəlus xalqı müsəlman olmuşdu. O dövrün müsəlmanlarının yadigarları olan məscidlər və məktəblər bu gün İspaniyada tarixi abidələr sırasındadır.

Əndəlüs düşmənləri hərbi müharibə ilə o ölkəni fəth edə bilməyəcəklərini görüb mədəni müharibəyə üz tutdular. Onlar cəmiyyətdə şəhvət və qumarın geniş yayılmasını təbliğ etməklə günah məclislərini yaymış, günah və şəhvət cazibəsi ilə insanları laqeyd və diqqətsiz insanlara çevirmişlər. Əslində çox keçmədi ki, qeyrəti kişilərdən, təvazökarlığı qadınlardan aldılar. Sonra bir hücumla İspaniyanı ələ keçirdilər və ümumiyyətlə bu ölkədəki insanların dinini və mədəniyyətini dəyişdirdilər.

Həya, iffət və qeyrət baxımından zərbə alan və asanlıqla mədəniyyətini itirən və yad mədəniyyəti qəbul edən bir cəmiyyət yavaş-yavaş yadlara təslim olacaq; Çünki o, mədəni baxımdan özünü itirməyə məruz qalıb. Mədəni özünü itirmək cəmiyyətdə özünü kiçik görmə rəzilətinin genişlənməsinə işarədir.

Pis sifətlərdən biri də özünü kiçik görməkdir. Onun cəmiyyətdə yayılması nəticəsində, cəmiyyətin insanları öz qabiliyyət və istedadlarından qəflət edərək, kamillik və tərəqqi yolunda özlərini aciz hesab edirlər. Belə olduqda, təkəbbürlülər və zorbalar onları zəiflədir, onlarda kamillik və tərəqqi gücünü yandırır və nəticədə onları möhtac edir.

Qeyrətini, həyasını, iffətini itirən xalqına halına vay olsun. Qadın və kişi öz qeyrət və həyasına qayıtmayınca, belə bir xalq mütləq qalib gələ bilməz. Kimin qeyrəti var? Bütün qadınları öz anası və bacısı hesab edən şəxsin qeyrəti var. Qurani-Kərim buyurur: “Möminlər bir-birləri ilə qardaşdırlar” (Hücürat, 10). Bu o deməkdir ki, siz hamınız bacı-qardaşsınız. Hamımız bacı-qardaş olanda bir-birimizin qeyrətinə, iffətinə hörmətimiz olmalıdır. İnsanların bir-birinə qarşı laqeydliyi onların İslam dininin qardaşlığa önəm verməsini vecinə almadıqlarına işarədir.

Həya dəyərli bir fəzilətdir və insanı yaxşı kontrol edə bilər. Qeyrət insanı saxlamaq və ona nəzarət etmək üçün çox qiymətli bir qüvvədir. Cəmiyyətdə qadın və kişilər arasında həya, iffət və qeyrət kimi nəzarətedici qüvvələr olmasa, insan və cindən olan şeytanlar onları aldadıb azdırar.

Elə bilməyin ki, qadının həyası, iffəti sadə məsələdir, o, dünyaya və dünyada olanlara dəyər. Əgər həyanı təcəssüm etsələr, bir qadın olar. Əgər xanım həyasını, iffətini itirərsə, onun dəyəri qalmaz.

Rəvayətçi deyir ki, mən İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: “Əziz və ləyaqətli qadının dəyəri qızıl və gümüşlə ölçülmür. Onun ləyaqəti bundan qat-qat üstündür; Ləyaqətsiz qadının heç bir dəyəri və qiyməti yoxdur, hətta torpaq ondan daha qiymətlidir”.

captcha