IQNA

İsrailli ifrat sağçı ravvin deyir ki, Qəzzada körpələr də daxil olmaqla hər kəs öldürülə bilər

10:12 - March 11, 2024
Xəbər sayı: 3495605
İQNA – İsraildə dini məktəbdə çalışan radikal ravvin Eliyahu Mali tələbələrinə Qəzza zolağında “bu günün körpələri sabahın döyüşçüləridir” və hər kəsin öldürülməli olduğunu deyib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Yaffada keçirilən konfransda çıxış edən ravvin Mali İsrail ordusunda xidmət edən camaatına “Qəzzada hər kəsi öldürün” çağırışı edib.

İşğalçıların Qəzzaya qarşı apardığı müharibəni din müharibəsi kimi xarakterizə edən Mali bunun yəhudi inancına uyğun olduğunu müdafiə edərək, “Qanuna görə, heç bir can yaşamamalıdır, çünki bu, Mitzva (İsraili düşmənlərindən xilas etmək və işğal olunmuş torpaqlarda məskunlaşmaq) döyüşüdür. “Siz onları öldürməsəniz, onlar sizi öldürəcəklər” dedi.

Qəzzada yaşlı insanların öldürülməsi ilə bağlı suala cavab olaraq yəhudi ravvin Qəzza əhalisinin 98 faizi işğalçı rejimin yox olmasını istədiyini bildirib.

Qadınlar və uşaqlarla bağlı ravvin Mali, “Eyni şeydir, bu günün körpəsi, sabahın döyüşçüsüdür. İndiki terrorçular əvvəllər yaşamağa icazə verdiyiniz uşaqlardır. Terrorçuları yaradan əslində qadınlardır”. O, İsrail əsgərlərini Qəzzada uşaq və qadınları öldürməyə təşviq edib.

4204445

captcha