IQNA

Əl-Kəfil Muzeyində Quran ayələri ilə bəzədilmiş metal əşya saxlanılır

14:48 - May 17, 2026
Xəbər sayı: 3500351
İQNA – Kərbəlada Həzrət Abbas (ə) Hərəminə tabe olan Əl-Kəfil Muzeyi öz irs kolleksiyasında Quran ayələri ilə həkk olunmuş bürünc metal əşyanı saxlayır və qeydiyyata alıb.

“İQNA”-nın "Əl-Kəfil" informasiya saytına istinadən verdiyi xəbərə görə, Həzrət Abbas (ə) Hərəmindəki Əl-Kəfil Xəzinələr və Əlyazmalar Muzeyi öz kolleksiyasında bürüncdən hazırlanmış əl formasında bir metal əşyanı qeydiyyata alıb. Bu əşya Quran ayələri ilə bəzədilib və metal işləmə sənətinin simvolik ölçüsünü təsvir edir.

Bu əşyanın uzunluğu 12 sm, eni 9.5 sm, çəkisi isə 103 qramdır. Həmçinin üzərində 1221-ci Hicri Qəməri ili həkk olunub ki, bu da onun tarixi əhəmiyyətini və metal bəzək sənətində fərqli bir dövrlə əlaqəsini göstərir.

Həndəsi naxışlar və xəttatlıqla bəzədilmiş bu əl forması "Yədullahi fəvqə əydihim, ya Məhəmməd, il 1221, ya Əli" ifadəsi ilə təzəylənib. On dörd Məsumun (ə) adları da barmaqlarda və əl aynasında həkk olunub. Onun digər tərəfi isə barmaqlar və əl aynası boyunca Ayətəl-Kursini göstərir ki, bu da mənəvi və estetik ölçüləri əhatə edir.

Bu əşya sənətkarların metal işləməyə ayırdıqları dəqiqlik və incəliyi, həmçinin dəqiqlik və bəzək üslublarının müxtəlifliyini nümayiş etdirir.

Həmçinin bu Quran əsəri metal işləmə sənətinin mədəni kimliyin ayrılmaz hissəsi kimi qorunub saxlanmasına və ötürülməsinə kömək edir.

4351126

captcha