
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "RT" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ujen Gasana – Uqandanın BMT-dəki səfiri, bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Qəzzə zolağındakı zorakılıqlardan iki həftə keçməsi və insani itkilərin çoxalmasından nigərandır, Qəzzənin "Şücaiyyə" məntəqəsindəki qətliamı kəskin şəkildə məhkum edir və tez bir zamanda fələstinlilərə qarşı törədilən zorakılıqların dayandırılmasını və Qəzzə sakinlərinin canlarının himayəsi yönündə beynəlxalq qanunlara riayət olunmasını istəyir.
Ujen Gasana – Uqandanın BMT-dəki səfiri, bildirib ki, Qəzzənin "Şücaiyyə" məntəqəsinin bombalanması və 60-dan çox insanın ölməsinin ardınca İordaniyanın istəyi fövqəladə toplantı çağırılıb.
Ban Ki Mon – BMT-nin Baş Katibi, Qəzzənin "Şücaiyyə" məntəqəsində sakinlərin qətliam edilməsini məhkum edərək, bu işi qəddarlıq adlandıraraq müharibənin tez dayandırılmasını tələb etdi.
Ban Ki Mon "Duhe"də keçirilən xəbər konfransında dedi: "Günahsız insanların çoxu həmişə qorxu içində yaşayır və çox sayda insanlar da hərbi zorakılıqlarda öldürüldülər.
1431813