"İQNA"nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, senator Con Hikenlupter "X" sosial şəbəkəsində yazıb: "Biz prezident [Donald] Trampın İranla apardığı qeyri-qanuni müharibəni dayandırmaq üçün qətnamə təqdim etdik."
O əlavə edib: "Amerikalıların canı alınıb. Benzin və gübrənin qiyməti kəskin şəkildə artıb. Hərbi ehtiyatlarımız tükənib. Bu müharibəyə dərhal son qoyun."
Vaşinqton və İsrail rejiminin Tehranla müharibəyə başlaması və Hörmüz boğazının bağlanması ilə müşayiət olunan bu prosesdən sonra dünya bazarında neftin qiyməti kəskin şəkildə artıb. ABŞ-da da tədarük zəncirindəki problemlər səbəbindən benzin qiymətləri ciddi şəkildə bahalaşıb.
Bu münaqişələr zamanı təxminən iyirmi ABŞ hərbçisi öldürülüb, yüzlərlə nəfər isə yaralanıb. Hazırkı mərhələdə bu münaqişənin sona çatması üçün heç bir aydın perspektiv görünmür.
Bir müddət əvvəl demokrat senator Kris Mörfi də Trampın regiondakı siyasətini tənqid edərək demişdi: "Tramp bir daha genişmiqyaslı müharibəni alovlandırıb və yanacağın qiymətinin kəskin artmasına səbəb olub. Reallıq budur ki, onun İranla razılığa gəlmək üçün heç bir konkret yolu yoxdur."
4368571