IQNA

10:51 - August 12, 2026
Xəbər sayı: 3500946

İraqın Səlahəddin əyalətində Quranın tərtil ilə oxunması proqramı başlayıb

İQNA – Həzrət Abbas (ə) müqəddəs ziyarətgahının Elmi Kompleksi İraqın Səlahəddin əyalətinin Tuzxurmatu qəzasında Qurani-Kərimin tərtil ilə oxunması proqramını həyata keçirib.

 

"İQNA"-nın "əl-Kəfil"-ə istinadən verdiyi məlumata görə, Həzrət Abbas (ə) müqəddəs ziyarətgahının Elmi Kompleksinə tabe olan Səlahəddin əyalətinin Tuzxurmatu şəhərindəki Quran Mərkəzinin məsulu Seyid Hüseyn əl-Musəvi bu barədə bildirib: "Bu mərkəz şəhərdəki Əsədullah məscidi və hüseyniyyəsində Qurani-Kərimin tərtil ilə oxunması proqramına başlayıb".

O əlavə edib: "Bu proqramın hər iclasında iki qari - Məhəmməd əl-İmami və Məhəmməd Əbdürrəhman əl-Ərcanın iştirakı ilə Qurani-Kərimin bir cüzü tam olaraq tilavət edilir".

Bu proqramın təşkilinin məqsədlərinə toxunan əl-Musəvi deyib: "Qurani-Kərimlə ünsiyyət ruhunu gücləndirmək, iştirakçıları bu səmavi kitabın tilavətini davam etdirməyə təşviq etmək və Qurani-Kərimin vurğuladığı iman və əxlaqi dəyərləri möhkəmləndirmək bu proqramın ən mühüm hədəfləridir".

O, sözlərinə belə davam edib: "Bu proqram həmçinin möminlərin iştirakı ilə Allahı yada salmaq və Qurani-Kərimi tilavət etmək üçün quranı bir mühit yaratmaq məqsədi daşıyır; bu elə bir mühitdir ki, Qurani-Kərim və onun təlimləri ilə daha dərin bağa sahib bir cəmiyyətin formalaşmasında rol oynaya bilər".

4369295

Teqlər: quran ، İraq ، tərtil ، proqram
captcha