
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "MƏA" xəbər saytına istinadən verdiyi xəbərə görə Fələstin İslami Cihad hərəkatı və HƏMAS bəyaniyyə yayaraq Qüds və Qərb sahillərində yaşayan fələstinlililəri Ramazan ayının axırıncı Cüməsində İsrail əleyhinə Qüds günü yürüşünə dəvət etdi. Bundan əlavə İslami Cihad fələstinlilərdən istədi ki, Qüds və Qərb sahillərini də mübarizə meydanına çevirsinlər.
Fələstinlilər Qüds günü yürüşə böyük "əlbeyrə" məscidinin önündən başladılar.
"Ərəb48" xəbər saytının yaydığı məlumata görə sionist rejiminin işğalçı hücumları nəticəsində Qəzzədə şəhidlərin sayı 807-yə və yaralıların sayı 5180 nəfərə çatdı.
Son hava hücumlarında Qəzzədə 10 nəfər şəhid oldu, neçə ev dağıldı və çox sayda yaralılar oldu.
Sionistlər çox soyuqqanlılıqla məscidləri, evləri, mədrəsələri, xəstəxanaları, ambulansı və digər obyektləri hədəf alib dağıdıb. "Vəfa" xəstəxanası tamam məhv edilib və "Əqsa" xəstəxanası ciddi xəsarətlər alıb.
Qüdsdə və Qərb sahillərində keçirilən 48 min nəfərlik yürüşlərdə sionistlərlə fələstinlilər arasında çıxan qarşıdurmalarda 6 fələstinli şəhid və 200-dən çox insan yaralandı.
Başqa bir faciəli xəbər budur ki, sionist rejimi Beyt Hanunda yerləşən və BMT-yə bağlı "Anrua" mədrəsəsini top atəşilə hədəfə alaraq dağıdıb. Bu mədrəsədə evləri dağıdılmış fələstinlilər sakinləşmişdilər.
Qəzzənin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Qüdrət deyib: "Bu terror hücumunda 15 nəfər şəhid və 70 nəfər yaralımız var.