
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-suməriyyə nyuz" xəbər saytına istinadən verdiyi xəbərə görə Neynəva əyalətinin xəbər mənbələri bildiriblər ki, İŞİD silahlı terrorist təşkilatına bağlı terrorist ünsürlər iyul ayının 25-də öz cinayətkar əməllərinin davamında İraqın Mosul şəhərinin mərkəzində yerləşən Həzrət Cərcis (ə) peyğəmbərin qəbrini bomba qoyaraq dağıtmışlar.
İŞİD-ə bağlı terrorist ünsürlər Mosul şəhərinin mərkəzi məntəqələrindən biri olan "Əd-Dəvasə"də Həzrət Şis Nəbi (ə) adına olan Came məscidi də bomba qoyaraq partlatmış və yerlə yeksan etmişlər.
Onlar bu cinayəti Mosul şəhərində Həzrət Yunis peyğəmbərin (ə) qəbri və üzrəində olan came məscidi partlatdıqdan bir gün sonra törətmişlər.
İŞİD-çilər bundan öncə İmam Əbuəlanın mərqədini, Mosulun Hüseyniyyə və Came məscidini, İmam Sultan Abdullah bin Asim bin Ömər ibn Xəttabın qəbrini, "əl-kubə" kəndində Həzrət Abbas (ə) məqamını və Şərixan, Ülya və Süfla kəndlərinin Hüseyniyyəsini də bomba qoyaraq dağıtmışlar.
Həmçinin keçən cüməaxşamı günü Mosulun qərbində bir-neçə məscid, Hüseyniyyə və Həzrət Danyal peyğəmbərin (ə) qəbrini də dağıtmışdılar.
İŞİD ünsürləri Kərkükdə Şeyx Saleh məqamını partladaraq 4 ziyarətçini də öldürüblər.
Xəbərdə deyildiyinə görə İŞİD ünsürləri Əs-Səfinə kilsəsini də partlatmağa hazırlaşırlar və kilsəyə partlayıcı tələlər qurmuşlar.
Qeyd edək ki, İŞİD-çilər hər yerdə məscid və ziyarətgahları dağıtmaqla məşğuldurlar.