
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Aləm" peyk kanalının internet səhifəsinə istinadən verdiyi xəbərə görə Sami Əbu Zöhrə - HƏMAS-ın sözçüsü, bu barədə dedi: "Sionist rejimi yaralıların xəstəxanalara daşınmasının qarşısını alaraq hərbi cinayətə mürtəkib olmuşdur".
Sami Əbu Zöhrə - HƏMAS-ın sözçüsü, Qəzzə zolağında fəaliyyət göstərən "Qırmızı Xaç" təşkilatının nümayəndəliyi barədə dedi: "Bu təşkilat öz vəzifəsinə əməl etməkdə qüsurludur. Çünki "Qırmızı Xaç" cəmiyyəti sionistlərin törətdikləri hərbi cinayətləri və onların yaralıları xəstəxanalara yerləşdirməsinin qarşısını almasını hələ də ifşa etməkdə gecikir.
Sionist qüvvələri yaralıları və şəhidlərin cəsədlərini daşıyan ambulansların hərkətinin qarşısını Qəzzə zolağının cənubunda Rəfəh şəhərinə həmlə edərək aldılar.
Rəfəh şəhəri Cümə günü səhər erkəndən dünənədək sionistlərin hava hücumları və topxanalarından həmləyə məruz qalmışdır.
Fələstinin xəstəxanalarından gələn xəbərlərə görə bu kəskin hücumlarda yüz nəfərdən çox şəhid oldublar. Şahidlərin dediyinə görə onlarla yaralı xiyabanlarda qalmışdır.
"UNRWA" Qəzzədə səhiyyə faciəsi barədə xəbərdarlıq etdi
Fələstinin "SƏMA" xəbər agentliyinin verdiyi məlumata görə "UNRWA" – (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) – Qəzzədə tibbi təchizatın və dava-dərman çatışmamazlığını önə çəkərək Qəzza zolağında səhiyyə faciəsi barədə ciddi xəbərdarlıq edib.
"UNRWA" – (http://www.unrwa.org) – təşkilatının nəzdində olan Fələstin yardım və iş ajansının sözçüsü "Kris Gins"in Qəzzə zolağındakı səhiyyə faciəsi ilə bağlı dediklərinə görə bu faicə Qəzzədə üç həftəndən çoxdur ki, yaşanmaqdadır.
Kris dedi: Qəzzə zolağında tibbi xidmətlər sona çatmaq üzərədir. Xəstəxanalar, təcili yardım maşınları, tibb məntəqələri hücuma məruz qalmışlar. İndiki imkanlar regionda tibbi ehtiyaca cavab vermir.
Bu xəbərə görə Fələstinin tibb işçilərinin 40%-i özlərini xidmət yerlərinə çatdırmağa qadir deyildirlər.
Qəzzə zolağına 27 gün davamlı hücumlar nəticəsində 1720 nəfər şəhid olmuş və 9080 nəfərdən çox yaralanmışdır.
Qüds və Qəssam batalyonlarının sionistlərin əleyhinə birgə əməliyyatları
HƏMAS hərəkatının hərbi qolu olan İzzud-din Qəssam batalyonu və İslami Cihad hərəkatının hərbi qolu olan Qüds batalyonu birgə bəyanat yayaraq sionist qüvvələr əleyhinə birgə əməliyyat keçirəcəklərini xəbər verdilər.
Qeyd edək ki, Qəssam və Qüds batalyonları son günlərdə Qəzzədə məskunlaşmış sionist hərbi qüvvələri əleyhinə mütərək əməliyyat keçirərək onlardan xeyli sayda işğalçı həlak etmişdilər.