IQNA

Qəzzədən son xəbərlər;

Xalid Məşəl: Daimi atəşkəs olacaqsa, Qəzzənin mühasirəsinə son qoyulmalıdır

21:24 - August 12, 2014
Xəbər sayı: 1438795
Beynəlxalq qrup: HƏMAS hərəkatının siyasi dəftərxanasının rəisi bildirib ki, hər cür daimi atəşkəsin sonluğu Qəzzənin mühasirəsinin sona yetməsi ilə nəticələnməlidir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" (yeddinci gün) xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Xalid Məşəl - HƏMAS hərəkatının siyasi qolunun rəisi, Fransa xəbər agentliyi ilə müsahibəsində bildirib ki, hər cür daimi atəşkəsin sonluğu Qəzzənin mühasirəsinin sona yetməsi ilə nəticələnməlidir.



72 saatlıq atəşkəs razılaşması



İzzət Ər-rəşq HƏMAS-ın rəhbərlərindən biri, elan edib: İsrail və Fələstin tərəfləri keçən gecə 72 saatlıq atəşkəs müqaviləsi bağlayıblar ki, Misir paytaxtı Qahirədəki müzakirələrdə daimi atəşkəs üçün danışıqlar apara bilsinlər.



Ər-Rəşq deyib: "Fələstinli heyət Fələstin millətinin bütün istəklərinin həyata keçirilməsi üçün israrlıdır".



Bundan öncəki atəşkəs müzakirələrində İsrail tərəfinin 2007-ci ildən başlayaraq Qəzzə zolağına tətbiq etdiyi mühasirədən əlçəkməməsi danışıqları nəticəsiz qoyub.   



Xalid Məşəl deyib: "Atəşkəs müzakirələrin müvəffəqiyyəti, humanitar yardımların Qəzzə zolağına çatdırılmasının asanlaşdırılması üçün münasib zəmin yaradan vasitə və taktikadır... Bizim üzərində israr etdiyimiz hədəf fələstinlilərin istəklərinin həyata keçirilməsi, Qəzzə zolağı sakinlərinin mühasirədən azad edilməsidir. Biz bu məsələlərə göz yuma bilmərik... Biz bu hədəfə israrlıyıq. İsrail tərəfindən bu məsələ uzadılarsa, təxirə salınarsa və Fələstin əleyhinə hücumlar davam edərəsə, HƏMAS müqavimət hərəkatı və başqa fələstinli mübarizə qüvvələri siyasi və nizami meydanda müqavimət göstərməyə qadir və döyüşə hazırdır...".



Qəzzədə 456 uşaq və 237 qadın şəhid oldu



İşğalçı sionist rejimi İsrailin Qəzzə zolağına hücumları nəticəsində ən çox zərər görənlər dinc sakinlər və onlar arasında qadın və uşaqlar olmuşdur.



BMT-nin bu barədə verdiyi son hesabata görə İsrailin son hücumu nəticəsində Qəzzədə 456 uşaq və 237 qadın öz həyatını itirmişdir.



BMT-nin İnsan İşləri idarəsinin verdiyi bu hesabata görə sionistlər məscid, mədrəsə, məktəb və yaşayış mənzillərinə zərbələr endiriblər.



Bu hesabatda Qəzzədə şəhid olanların sayı 1948 nəfər elan olunubdur ki, onların 1402 nəfəri dinc sakinlər olub.



Qəzzədə 1185 yaşayış mənzilinə ciddi xəsarət dəyəmişdir ki, Amerika dolları ilə 410 milyon dollar hesablanmışdır.



Hesabata görə İsrail tərəfdən ölənlərin sayı 67 nəfər olub ki, bunlardan 64 nəfəri hərbiçi olub.



1437987    

Teqlər: qəzzə ، israil ، sionist ، xalid ، məşəl
captcha